“SABAHDAN KÜTLƏVİ İTAƏTSİZLİYƏ BAŞLAYIRIQ!” - Saakaşvili təslim olmur

“Seçkilərin nəticələrinə baxmayaraq, sabahdan kütləvi itaətsizliyə başlayırıq”.

“Report”un yerli bürosunun verdiyi xəbərə görə, bu barədə Gürcüstanın müxalif Vahid Milli Hərəkat Partiyasının lideri, ölkənin sabiq prezidenti Mixeil Saakaşvili videomüraciətində deyib.

O, bildirib ki, Gürcüstan cəmiyyəti təhlükələri anlamalı və ölkəni qorumalıdır: “Mən Gürcüstan polisini və ordusunu cinayətkar və mafiya dəstəsindən uzaq durmağa çağırıram. Bir yerdə olmalı və Gürcüstanın taleyi barədə düşünməliyik. Mən birliyə çağırıram və biz mütləq qalib gələcəyik”.

M.Saakaşvili Gürcüstanda növbədənkənar parlament seçkiləri tələbi ilə aksiyalar keçirməyə çağırıb.

635x100

Şərhlər

Mehdi 2018-11-28 22:36:33

Mutleq lazimdir.Ayri cur olarsa Gurcustan daqilacaq.Bu ivanisvili ne murdar adamdiii.

Son yazılar