Ukrayna ordusu dislokasiya yerini dəyişir - Rusiyanın mümkün hücum nöqtələrinə...

Ukraynada hərbi vəziyyətin elan olunması ordunun hücum hərəkətlərini nəzərdə tutmasa da, ölkənin hərbi rəhbərliyinin əmrinə əsasən ordu birləşmələri Rusiyanın mümkün hücum yerlərinə doğru yerini dəyişməyə başlayıb.

«AzPolitika.info»-nun «UNİAN» agentliyinə istinadla verdiyi xəbərə görə, bu barədə Prezident Pyotr Poroşenko bəyan edib.

«Hərbi vəziyyət Ukrayna ordusunun hücum əməliyyatlarına başlamasını nəzərdə tutmur, amma ordunu tam döyüş hazırlığı vəziyyətinə gətirir, Ukrayna silahlı qüvvələrinin (USQ) hissələrinin hazırlığını sürətləndirir, hərbi uzlaşmanı sürətləndirir, müdafiə nazirinin və Baş qərargah rəisinin əmrinə əsasən ordunun təcavüzkar Rusiyanın mümkün hücum rayonlarına dislokasiya olunmasını təmin edir» - deyə, dövlət başçısı Ukrayna quru qoşunlarının Çerniqovdakı 169-cu tədris mərkəzinə səfəri zamanı bildirib.

Poroşenko qeyd edib ki, hazırda Ukrayna hərbçiləri ustalığını qaldırmalıdır ki, «lazımi anda düşməni məğlub etsin, məsuliyyətsiz qərarlarına görə, düşməni yüksək bədəl ödəməyə məcbur etsin». Onun sölərinə görə, Ukrayna istənilən anda mümkün təcavüzü dəf etməlidir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar