DYP RƏİSİNİ İTTİHAM EDƏN HƏBS OLUNDU! - "Özü bunu etiraf etdi..."  

"Whatsapp" sosial şəbəkəsində Xətai Rayon Dövlət Yol Polisi Şöbəsinin rəisi, polkovnik-leytenant Cavanşir Ələkbərovla bağlı səs yazısı yayan şəxs həbs edilib.

"Report"un xəbərinə görə, bu, Qasımov Fariz Mürvət oğludur. Həmin şəxs Xətai Rayon Məhkəməsinin qərarı ilə həbs olunub.

Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polkovnik Vaqif Əsədov "Report"a açıqlamasında məlumatı təsdiqləyib. O bildirib ki, F.Qasımov barəsində tərtib edilmiş sənədlər Xətai Rayon Məhkəməsinə göndərilib. Məhkəmə onun barəsində 15 sutkalıq həbs qərarı çıxarıb: "Vətəndaş səmimi olaraq peşmançılığını bildirib və belə informasiya yaymaqla etdiyi avtoxuliqanlıq hərəkətinə görə məsuliyyətdən yayınmağa çalışmaq istədiyini etiraf edib".

Qeyd edək ki,

Bu gün “Whatsapp” sosial şəbəkəsində bir sürücünün səs yazısı yayılıb.

"AzPolitika.info"nun məlumatına görə, bir neçə saat ərzində minlərlə adamın telefonuna göndərilən səs yazısında Xətai rayon Dövlət Yol Polisi Şöbəsinin rəisi, polkovnik-leytenant Cavanşir Ələkbərovun ünvanına ağır ittihamlar səslənir.

Bildirilir ki, bu polis rəisi 005 nömrəli “Toyota Camry” markalı avtomobillə "Babək" prospektində hərəkətdə olan sürücüləri təxribata çəkir, onların qarşısında çox aşağı sürətlə hərəkət etməklə sürücüləri manevr qaydalarını pozmağa təhrik edir, bu zaman DYP peyda olur və sürücülər avtoxuliqanlıqda ittiham olunaraq, maşınları cərimə meydançasına aparılır. Bundan sonra "rəisin yanındakı adamla" bazarlıq başlayır, kimisi 500, kimisi 400, "dizini yerə atıb yalvaranlar" isə 300 verməklə canını qurtarır.

Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polkovnik Vaqif Əsədov bu səs yazısı ilə bağlı Avtosfer.az-a bildirib ki, Cavanşir Ələkbərov daim ərazidə olan, xidmətdə fərqlənən rəislərdən biridir. Bu səsi yayan şəxs isə ümumilikdə yol polisinin fəaliyyətinə kölgə salmağa çalışır: “Əgər onun əlində fakt varsa, görüntünü, foto və videonu da götürüb rəsmi qaydada müraciət edərdi. Görünür, qayda pozub, cərimə edilib, bu üzdən də guya yol polisini ləkələməklə qisas almağa çalışır”.

Vaqif Əsədov bildirdi ki, səs yazısı DYP rəhbərliyinin göstərişi ilə araşdırılıb və deyilənlər təsdiqini tapmayıb: “Bir daha deyirəm, bunu sübut edəcək faktlar varsa gətirib təqdim etsin, araşdırıb tədbir görək. Amma gizlin şəkildə səs yaymaqla heç bir nəticə əldə etmək mümkün deyil”.

Qeyd edək ki, əvvəllər Binəqədi rayon Dövlət Yol Polisi Şöbəsinin rəisi olmuş (2016-ya qədər) Cavanşir Ələkbərovla bağlı oxşar səpkili şikayətlər əvvəllər də olub. Bu barədə mediada da yazılar verilib. 

V.Nəsibov

635x100

Şərhlər

Millet 2018-11-30 16:17:19

Tez.bir.zamanda. fariz.qasımov. azadlıga. buraxlıb.yerine.cavanşir. elekberov. tutulmalıdı. cenab.prezdent. bu.işe.tecili.baxln.bu.deqiqe.bu. işden.sizin. xeberniz.var. xahiş.olunur.belelerni. rehmetlik.atanlz.mehv.edib. sındırırdıki. milleti.incitmesinler

Kamal 2018-11-30 16:17:19

Diqqət.diqqet.hörmetli.sürücüler.xetayi.yol.polis.reisi.cavanşir.elekberov.öz.şexsi.qara.rengli.005.kamri.maşlnlnla.sürücülere.rayon.erazisinde.tele.qurub.pul.qazanlr.odurki.005.qara.rengıl.kamriden.ehdiyatlı.olun

VƏTƏNDAŞ sürücü 2018-11-30 16:17:19

ARDI: Möhtərəm Prezdentimiz Cənab İlham Əliyevin sərəncamına əsasən bütün ölkə kamera və digər texniki vasitələrlə təmin olunub. Bütün kameraları işlək vəziyyətə gətirib, DYP-ni ləğv etmək və yalnız Dövlət tədbirləri və Cənab Prezidentimizi müşayiət edən taboru saxlamaq kifayətdir məncə.DYP bəzən tənzimləmə əvəzinə tıxacın yaranmasına şərait yaradır. Məsələn, Ali Məhkəmənin yanından və ona paralel olan küçələrdən Yusif Səfərov küçəsinə çıxan yollardan bunu görmək mümkündür.

VƏTƏNDAŞ sürücü 2018-11-30 16:17:19

Salam olsun hər bir vətəndaşlarımıza. Əlbəttə bu yayılan səs yazısının yəqinki həqiqət yükü çoxdur, tam yalan ola bilməz. Əlbəttə araşdırmanı DYP aparırsa rəis təyin etdikləri adamı günahkar çıxarmazlar ki, əlbəttə günahkar sürücü çıxacaq. Amma bütün bu neqativ hallrdan qurtarmağın və narazılığların qarşısını almağın bir yolu da var. Cənab Prezidentimizə allah can sağlığı versin, allah ona enerji versin ki , bu islahatları daha da davam etdirsin.

AAgahuseyn 2018-11-30 16:17:19

Cən.Prezidenti müşahət etməli olan yol polisləri LÖKBATANIN qəsəbəarası yollarnda pul yıqır.Maşın bazarının qarşısından ğəlib Lökbatan istiqamətinə körpünün üstündən dönəndə 2-ci sıra iylə dönən bütün maşınları saxlayır və şabaş alır.Hətta sürücüü düz xətt nişanını pozmasada.Cünkü sürücülərin coxu sürücülük vəsiqəsini hamı indi necə alınır.Bu cür vəsiqə alanlar bütyn YPİ-sərf edir.Cünkü onlar qanunu bilmir.AMMA Allax xatirinə deyim ki,onların da arasında təmiz əxlaqlı,xalqına dövlətinə sədaqətlə xidmət edir

Gülağa 2018-11-30 16:17:19

Bəs necə olmalıdır? SOCAR-ın boynuna milli futbolu, DYP rəisi Ramiz Zeynalova hansısa rayonunsa aqroparkının tikilməsini boynuna qoyanda bu rəislər pulu hardan çıxartmalıdırlar bəə... Nə qədər ki bu ölkədə hər kəs öz işi ilə məşqul deyil deməli dözməliyik. O məşhur mahnıda deyildiyi kimi "bir az da döz"...

azad 2018-11-30 16:17:19

bu məkanda doğlandan ölənədək rüşvət verməlisən veməyəndə biz xəcalət cəkirik.kim deyirsə rüşvət alıb verməmişəm göznün icnəqədər yalan danışır.

G M 2018-11-30 16:17:19

Qardaşlar,Bacılar sıravi YPX günahkar deyil.Onlar bərkə düşən kimi etiraf edirlər ki,bütün bu qanunsuzluqları onlardan ``yuxarıdakılar`` tələb edirlər.Ümumiyətcə dələduzluqların əksəriyəti idarə olunandır.Və bu hamıya da məlumdur.

buzlaq 2018-11-30 16:17:19

Süzün düzünü deyib biz bədbəxtlərin gözünü açmaq istəyənləri sərhədə çatmasına 1000 kilometr qalmış cibində nə qədər falşıvı pul (dollar) və hansı nominaldan nə qədər olduğunu durbinlə görüb tutular!! Ə nə təhər olur, şəkililər demişkən ha burada ağzınızın içində (Babək Prosp.) bunlar bu hoqqanı çıxarırlar xəbəriniz olmur. Bu necə olur bəs Adəbəda məllim, de da bəəəəəə!!!

Zaur 2018-11-30 16:17:19

Belə bir sms də var: İşverən maşınlar 90ns016 kia Sorento Niva mm 124 Toyota camry ns 555 Rd 124 niva Bn 788 kia rio Rd 271 niva Ns 271 niva Hilton port bakunun qabağı, dernegül üzü şəhərə, şəhərdən koroğluya körpü içində, rəşid behbudov Yəni görünür bu artıq bir biznes şəbəkəsidr polisdə və çoxlarının yem yeridir. Vətəndaşı həbs etmək və məsələni belə yozmaq daha rahatdı təbii ki.

miri 2018-11-30 16:17:19

... Səsi yayımlanıb həbsi də buna bir nümunə. Haqqı nəinki demək olar, hətta "görmək" belə cəzaya yol açır ....

Pisi 2018-11-30 16:17:19

YOL POLISINE RUSVET HAMIMIZ VERMISIK VERIRIKDE BUNNAN WEXSEN MEN NARAZI DEYILEM NIYE CUNKI EGER QAYDANI POZMUSANSA HORMET ELE SAGOLLAS BU HER IKI TEREFI DE RAZI SALIR.ANCAQ BEZI YOL POLISLERI SENI QAYDA POZMADIGIN HALDA SAXLAYIB UZUNE DURURKI SEN TLF DANISIRDIN YAXUDDA ZOLAGI TAPDALAMISAN BAX ONDA ADAM TUSTULENIR BELE SEYLERI YIGISDIRMAQ LAZIMDI QAYDANI HEQIQETEN POZAN SURUCUNU SAXLAMAQ LAZIMDI PROTOKOL YAZARSAN YAZMASSAN BU OZ ISINIZDI.O KI QALDI RUSVETE BU RUSIYADADA VAR ERMENISTANDADA GURCUSTANDADA TURKIYEDEDE BIZDE RUSVETIN OLMAMAGI COGRAFI CEHETDEN MUMKUN DEYIL BUTUN QONSULARIMIZDA BU VAR SAD3CE BIRAZ AZALTMAQ LAZIMDI AVROPADA DA RUSVET VAR ANCAQ ONLAR EL UZADIB BIRBASA BUDCEDEN OGURLAMIRLAR

Ceyhun 2018-11-30 16:17:19

belədirnsə sürücünun etiraf etdiyini çək bizlərə göstər

İRADƏ 2018-11-30 16:17:19

Vaqif məııim,ayıbdır Xalqın hissləriylə oynamayın.Şəxsən mənim Qarajımdan ``ayıq sürücü`` gətirən oğuluma məxsus maşını zorla gecə ssat 12-də Babək prospektindəki dayanacağa aparıb 500 manat alıb buraxdılar.Mən səhərisi Baş Prakrora teleqrama vurdum.Maşını buraxdılar.pulu qaytarmadılar və nə vaxtsa bu məsələni yenidən qabardacam.

mahmud 2018-11-30 16:17:19

man bir vatandas olaraq sas yazisina inaniram canab nazirdan xais edirik tadbir gorsun vatandasin nayina lazimdi ki bela sas yazisi paylassin demali duzdu od olmasa tustusu cixmaz

G.M 2018-11-30 16:17:19

DYP-nin elədikləri deyiləsi deyil.Dövlət Yol Polisini elə bir gün yoxdur ki,kimisə incitməsin

turan 2018-11-30 16:17:19

Lap tutaq ki, yol polisi avtoxuliqan adı ilə sizə şər böhtan atır, bu görünməmiş hal deyil ki, bəs sizlər nə edirsiniz ,dərhal başlayırsız yalvarmağa...bəs məhkəməyə yoxdur..məhkəmə tələb edin və ya özünüz verin məhkəməyə..

X 2018-11-30 16:17:19

Bohtana bax polis rusvet alir alirsa bogazinda qalsin

Azer 2018-11-30 16:17:19

Salam. Hami bilir ki polisde ,xüsende Yol Polisinde ( el arasinda ГАИ deyirler) rüśvet yoxdur ve heç olmayib da... 1,5 min. nefer sürücü sadece śer atir onlara... Nainsaflar, śerçiler... Polis de ele śey eder?..

EJDER 2018-11-30 16:17:19

AY VAQIF SENDE .... POLKOVNIKSEN... GULAQA DUZ DEYIR. HAMI KIMI IWINDE OL,ZURNALISTLERE QOWULMA... AZERBAYCANDA NE COX MANIS

Vaqif muellime 2018-11-30 16:17:19

Vaqif muellim cox gulmeli soz deyirsiz. Ozunuz de bilirsiz ki, bizde her sey Cengellik qanunlari ile idare olunur. Qarsidan Yeni il gelir. O reis gor nece distansiyaya " paket" gondermelidi. Siz surucuye cavab vere- vere ozunuzun yalan danisdiqinizi bilirsiz. Deyirsiz Size desin, lap dedi, Siz kimin terefin saxlayacaqsiz? Elbette reisin! Nece deyerler .....! Bele bir olkede yasadiqimiz ucun, her gun Pesimaniq!

QOCA MOLLA 2018-11-30 16:17:19

Bütün yollarda elektron kameralar olduğu üçün şəhərdə bu qədər DYP əməkdaşına ehtiyac yoxdur. Dövlət büdcəsindən xeyli mqdarda pul ayrılıb həmin Kameralara lakin heç biri də işləmir. Bilirsiz niyə? Çünki yolda dayanan DYP işçiləri camaatı soymaq imkanında olmalıdır. Hökümətin yerində olsam DYP əməkdaşlarını 80% azaldar 20% i də tıxaclarda yolları açmaq üçün saxlayar. Kameralara nəzarəti isə BNA ya verərəm. və nəticədə ciblərə deyil, dövlət büdcəsinə daxil olmalar bir xeyli çoxalar.

Gülağa 2018-11-30 16:17:19

Əşi boş şeydi şər atırlar. Sən Moskvadakı biznesinlə məşqul ol. Belə şeylərə fikir vermə.

polis 2018-11-30 16:17:19

hec inanmaq olmur ki yol polisi rusvet alsin Vaqif mellim mende inanmiram bu sere oxsayir

Mehdi 2018-11-30 16:17:19

Onun sesi deyil,sizler aydan ari,sudan duru adamlarsiniz.Sizin haqqinizda nahaq bele sohvetler cixardirlar.

AYZEK 2018-11-30 16:17:19

DYP-Nİ CƏRİMƏ YAZMAĞA ELƏ DÖVLƏT ÖZÜ TƏHRİK EDİR.HÖKÜMƏTLƏ DƏ Kİ HEÇ KİM HÖKÜMƏTLİK ELƏYƏ BİLMƏZ.NƏ ATARSAN AŞINA, O DA ÇIXAR QAŞIĞINA!

Sadıq 2018-11-30 16:17:19

Cibinə nəsə atıb bir qədər fazla işgəncə versəniz "Kapital" əsərini yazdığını da boynuna alacaq. Yəqin Gəncə hadisələrində də əli var. Yaxşı araşdırmaq lazımdır. Ay Vaqif sən Moskvada ki biznesindən bərk yapış.

Son yazılar