AZƏRBAYCANIN YENİ OMBUDSMANININ ADI - Süleymanovanı kimin əvəz edəcəyi dəqiqləşib! )

Səlahiyyət müddəti 2017-ci il martın 5-də bitən İnsan hüquqları üzrə müvəkkil (ombudsman) Elmira Süleymanovanın yerinə, nəhayət ki, namizəd tapılıb. Bu barədə "AzPolitika.info"ya məlumat hökumətə yaxın mənbələrdən daxil olub.

Məlumata görə, ombudsman vəzifəsinə Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, YAP Nəsimi rayon təşkilatının sədri, 21 saylı Nəsimi birinci seçki dairəsindən deputat Məlahət İbrahimqızının (Həsənova) seçiləcəyi gözlənilir. Bununla bağlı artıq yekun qərar verilib və yaxın vaxtlarda onun namizədliyi Milli Məclisə təqdim olunacaq.

Qeyd edək ki, 2002-ci və 2010-cu illərdə İnsan hüquqları üzrə müvəkkil seçilən 81 yaşlı Elmira Süleymanovanın səlahiyyət müddəti 2017-ci il martın 5-də bitib.

"İnsan hüquqları üzrə müvəkkil (ombudsman) haqqında" Qanuna əsasən, müvəkkil 7 il müddətinə seçilir və eyni şəxs müvəkkil vəzifəsinə iki dəfədən artıq seçilə bilməz. Elmira Süleymanova da iki dəfə ombudsman seçildiyindən, qanun onun səlahiyyət müddətini artırmağa imkan vermir. Qanunvericilikdə qeyd edilib ki, müvəkkilin səlahiyyətlərinin bitməsinə 30 gün qalmış Azərbaycan Prezidenti Milli Məclisə yeni müvəkkilin seçilməsi üçün üç şəxsin namizədliyini təqdim edir. Milli Məclis 15 gün müddətində müvəkkilin seçilməsi ilə bağlı müvafiq qərar qəbul edir. Yalnız ombudsmanın yerinə yeni namizəd verilmədikdə o,  öz vəzifəsində qala bilir.

Belə ki, Konstitusiyaya məhdudiyyətin götürülməsi ilə bağlı 2009-cu ilin martın 18-də edilən dəyişikliyə əsasən, səlahiyyət müddəti başa çatan müvəkkilin yerinə yeni şəxs seçilənə qədər o, öz vəzifəsinin icrasını davam etdirir. Səlahiyyət müddəti başa çatan Elmira Süleymanova da məhz yerinə namizəd verilmədiyindən hələ də ombudsman vəzifəsində qalır.

Ancaq artıq həm yaşı, həm də səhəti ona vəzifəsini tam icra etməyə imkan vermir. Təsadüfi deyil ki, ötən il Elmira Süleymanova illik məruzə ilə çıxış etdikdən sonra, deputatlar onun fəaliyyətini sərt şəkildə tənqid etmişdilər. Bu baxımdan xeyli vaxtı idi ki, ombudsman vəzifəsinə yeni bir şəxsin seçilməsi gözlənilirdi.  Təyinat-seçkinin gecikməsi isə hakimiyyəti təmin edəcək uyğun namizədin tapılmaması ilə bağlanılırdı.

"AzPolitika.info"ya verilən məlumatdan belə məlum olur ki, artıq namizəd tapılıb. Yaxın vaxtlarda Məlahət İbrahimqızının ombudsman vəzifəsinə təqdim olunacağı gözlənilir.

Qeyd edək ki, Məlahət Həsənova 1958-ci il aprelin 25-də Ermənistan Respublikası Basarkeçər rayonunun Kiçik Məzrə kəndində anadan olub. Azərbaycan Dövlət Tibb İnstitutunun pediatriya fakültəsini və Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirib. 1982-ci ildən Bakıda uşaq poliklinikasının həkimi, 1992-ci ildən baş həkimi olmuş, 1998–2000-ci illərdə Azərbaycan Respublikasının Qadın Problemləri üzrə Dövlət Komitəsi sədrinin birinci müavini vəzifəsində çalışmışdır.

2000-ci ildən bu yana 4 çağırışdır Azərbaycan Respublikası Milli Məclisinin deputatıdır.  Tarix elmləri namizədidir. Azərbaycan Respublikasının Prezidenti yanında Əfv məsələləri üzrə komissiyanın üzvüdür. 27 aprel 2018-ci ildə Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakına görə Məlahət İbrahimqızı “Şöhrət” ordeni ilə təltif olunub. Evlidir, 2 övladı var.

***

Deputat Məlahət İbrahimqızı onun ombudsman vəzifəsinə təyin olunacağı haqda "AzPolitika"nın məlumatına anlaşılmaz şəkildə çox sərt reaksiya verib. Deputat saytımıza telefon açaraq yazının dərhal götürülməsini tələb edib, əks halda məhkəməyə verəcəyini bildirib: "Mən başımı aşağı salıb işimi görürəm, bilmirəm bunu nə məqsədlə edirlər..."

Onun mövqeyinin yazıya əlavə olunması təklifi isə deputatı daha da hiddətləndirib. "Götürmək istəməməyiniz onu göstərir ki, bu xəbəri məqsədli şəkildə veribsiniz və qərəzlisiniz. Mən onsuz da jurnalistlərə müsahibə verəcəm... Siz necə istəyirsiniz elə də edin. Amma mən anladım ki, bu qərəzli məqalədir..."

Hörmətli deputatımızın ombudsman təyin olunacağı haqda xəbərə belə sərt reaksiyasını anlamaq çətindir. Kifayət qədər ciddi hökumətdaxili mənbə tərəfindən ötürülən bu məlumat, mümkündür ki, təsdiq olunmasın. Amma istənilən halda bu, hörmətli deputatımızın işgüzar və ictimai nüfuzuna qətiyyən xələl gətirməyəcək. Əksinə, hətta onun personasına diqqət və marağı bir qədər də artıra bilər...

Bu baxımdan hətta yanlışdırsa da belə, Məlahət xanımın bu xəbəri yumşaq bir dillə təkzib etməsi daha məntiqli görünə bilərdi. Lakin o, səbəbi anlaşılmayan bir həyəcan nümayiş etdirir və bir daha qeyd edirik ki, bunu anlamaq çətindir. Yox, belə hesab olunursa ki, məlumatın vaxtından əvvəl yayılması işi poza bilər... bu artıq bizim problemimiz deyil...

Rasim

AzPolitika.info

635x100

Şərhlər

mubariz 2018-11-30 12:18:44

Kefdedəler ey vallah. bura kor eşşeyin oylağı ve yaylağıdır. ....... Yeyin bu ölkeni qutarin siz ALLAH. biz de qutaraq siz de. Bizi de hitler yehudileri konslagerlere dolduran kimi doldurun konslagerlere ve yandirin. Emlakimizi da yeyin. Dagdan gelin Bagdakilari böğun. ALLAH xeyir vermesin...

AAgahuseyn 2018-11-30 12:18:44

Məlahıt xanım cox saf namizəddir.O adi fəhlə ailəsində bu mərtəbəyə catıb.pAXILLIQ NƏYƏ LAZIMDIR.

Lale 2018-11-30 12:18:44

Heqiqeti demek ne vaxtdan paxilliq hesab olunub

Helime 2018-11-30 12:18:44

Ardi-universitetlerimizi ekser kafedralarinda dili soz tutmayan, ayagi yerimeyen kafedra mudirleri, muellimler var , hansi ki, az qala, pampersde derse gelirler. Onlarin tecrubesinden konsultant kimi istifade etmek olmaz? Mutleq kresloda oturmalidirlar? Selahiyyet muddetleri bitmish hakimler, idare mudirleri, mekteb direktorlari ve s, ve i a.. Siyahi bitmez. Bu qeder kadr potensiali olan bir olkede bele hallar olmali deyil. Vaxt bitti, sagollashmaq lazim. Rus demish- незаменимых людей нет!!

Helime 2018-11-30 12:18:44

Ardi-universitetlerimizi ekser kafedralarinda dili soz tutmayan, ayagi yerimeyen kafedra mudirleri, muellimler var , hansi ki, az qala, pampersde derse gelirler. Onlarin tecrubesinden konsultant kimi istifade etmek olmaz? Mutleq kresloda oturmalidirlar? Selahiyyet muddetleri bitmish hakimler, idare mudirleri, mekteb direktorlari ve s, ve i a.. Siyahi bitmez. Bu qeder kadr potensiali olan bir olkede bele hallar olmali deyil. Vaxt bitti, sagollashmaq lazim. Rus demish- незаменимых людей нет!!

Helime 2018-11-30 12:18:44

Vallah, pis chixmasin, mene 81 yashinda million verseler bele, ishlemerem.. Yeni, insan bir istirahet istemezmi? Ogul-ushaqla , neve ile gununu kechirib, son illeri bir sakit yashamaq istemezmi? 81 yashda vezife neye lazim? Suleymanovani evez edecek bir adam yoxdurmu? Allah haminin canini sag elesin, amma , ay yashli insanlar, vaxtiniz chatanda , uzu sulu gedin, cavanlara yol achin. Ne qeder savadli olsada insan, yash, hush, bash ozunu bildirir. Neche vezifede bele ahil yashda olan insanlar oturub.

Helime 2018-11-30 12:18:44

Vallah, pis chixmasin, mene 81 yashinda million verseler bele, ishlemerem.. Yeni, insan bir istirahet istemezmi? Ogul-ushaqla , neve ile gununu kechirib, son illeri bir sakit yashamaq istemezmi? 81 yashda vezife neye lazim? Suleymanovani evez edecek bir adam yoxdurmu? Allah haminin canini sag elesin, amma , ay yashli insanlar, vaxtiniz chatanda , uzu sulu gedin, cavanlara yol achin. Ne qeder savadli olsada insan, yash, hush, bash ozunu bildirir. Neche vezifede bele ahil yashda olan insanlar oturub.

Lale 2018-11-30 12:18:44

Duzdur,yash ozun bildirir,amma bir heqiqet de var:Melahet Hesenovadan 81 yashli ziyali,bu vezifeni nece illerdir leyaqet ve bacariqla aparan Elmira Suleymanova yaxshidir.

o.b.n 2018-11-30 12:18:44

Hökumətə sözə baxan kadır lazımdır.Vacib deyil Ombusman hüquqşunas olsun.Hətta labarant olsun,müğənni olsun təki təşkilata olan inamını yox etsin.

xanim 2018-11-30 12:18:44

eynindeki paltar......ujas.Bele "zovqlu" insanlar temsil edir ekser vezifeleri,teessuf.

Vətəndaş 2018-11-30 12:18:44

Əgər Elmira Süleymanova gedirsə, onda baş prokuror Zakir Qaralov ondan qabaq yola salınmalıdır. Axı Zakir Qaralov da uzun illərdir 19 ildir baş prokurordur. Bundan əvvəlki baş prokurorların heç biri 5 ildən artıq işləməyibdir. Bu isə nədənsə çox oturub qaldı.

antiAbu 2018-11-30 12:18:44

Bu vəzifəyə ən layiqli namizəd Leyla İlham qızı Əliyevadır! Leyla xanım istənilən məsələyə prinsipiall və ciddi yanaşması, həmişə ədalətin və haqqın tərəfində durması ilə seçilir. Mən inanıram ki, əgər O, bu vəzifəyə seçilərsə, Azərbaycanda sifarişli məhkəmə qərarlarına, insan haqlarınının tapdalanmasına birdəfəlik son qoyular. Mən, Oqtay müəllimi və millət vəkillərimizi mənim bu təklifimi dəstəkləməyə çağırıram.

Əsəd 2018-11-30 12:18:44

Elmira Süleymanovaya nə olub ki, onu elə ömürlük ombudsman seçmək olmaz? Ömürlük vəzifədə qalmaq indi dəbdədir. Nə olsun 81 yaşı var. Onun xidmətləri sayəsində ölkəmizdə insan hüquqları ilə əlaqədar həll olunmamış məsələ qalmamışdır. O ki qaldı səhətinə bizdə məmurlar xəstələnmirlər, yalnız vəzifədən çıxandan sonra xəstələnirlər.

Dağ Dənizi 2018-11-30 12:18:44

Heyif ki, Məlahət Haadi Rəcəblinin qudasıdır.

Vasif. 2018-11-30 12:18:44

.... azerbaycanda ombucmanlar .yalnlz .ve yalnlz preztent aparatna işleyir xalqa bir damclda xeyri yoxdu. obu teşkilat olmasa daha yaxşl olar

umid şirvanlıya 2018-11-30 12:18:44

Sən hələ anlamamısan ki.... vəzifəyə qoyulur,deputat olur. Azərbaycanda bunu vaxtında anlayanlar , imkanı olanlar Türkiyədə,Rusiyada,ABŞ-a,Avropaya, hətta Avstraliyaya köçüblər...

Lale 2018-11-30 12:18:44

Melahat Hasanova ne biliyine,ne intellektine,ne de shexsi keyfiyyetlerine gore o vezifeye layiq deyil

muzaffar 2018-11-30 12:18:44

ölkədə aparteid at oynadır. yalnız .... vəzifəyə təyin olunur...

G M 2018-11-30 12:18:44

Xəz həmin xarəz,çuli diqarəz..Yəni dəyşən adlardı..keyfiyət həməndir.

Cahangir 2018-11-30 12:18:44

Ölkədə yalnız .... yaşayır? Nə oldu,azərbaycanda köklü əhali qalmaylb. ....

Abit 2018-11-30 12:18:44

Nedi bir kişi tapılmır bu ölkede?

umud-sirvanli 2018-11-30 12:18:44

ne oldu yene qerbi azerbaycanlini tapdilar-ne olar bizden de bir vezifeye qoysalar

Son yazılar