İşıq ucu görünməyən ipoteka böhranı

Yanvar-iyulda ipoteka kreditləşməsinin həcmi 62,2 mln manat, ötən ilin eyni dövründə 64,2 mln manat olub. Kreditlərin hamısı Bakının payına düşür, deyə Mərkəzi Bank bildirir.

AMB-nin məlumatına görə, hesabat dövründə orta ipoteka kreditinin həcmi 39 min 905,4 manat (1 iyul 2013-cü ildə 39,47 min manat), orta aylıq ödəniş 318,5 manat, ötən il isə 319,9 manat olub. Kteditlər üzrə dərəcə cüzi azalıb – 6,88%-dən 6,82%-ə.

Artım tempində azalma (- 3,1%) yüksək dərəcə ilə bağlıdır – sosial ipoteka üzrə 4%, başqa ipoteka üzrə 8%. Müqayisə üçün Çexiyada orta dərəcə 2,95%-dir. Nəzərə alaq ki, Praqada mənzillərin qiyməti xeyli bahadır.

İqtisadçı Samir Əliyev Turan-a bildirib ki, yerli banklar likvid olsa da, marjanı azaltmaq istəmir. Bu isə maliyyə bazarında real rəqabətin olmaması ilə bağlıdır. Onun sözlərinə görə, iqtisadiyyatın indiki vəziyyəti üçün 8% pis dərəcə deyil. Özl bankların imkanı olsa, onu ikiqat artırar. Amma əhali indiki şərtlərlə kütləvi şəkildə ipoteka krediti götürə bilmir.

AMB-nin məsul işçiləri bidlirir ki, əhalinin imkanlarının yavaş öyərnilməsində məqsəd əhalinin tələbatı ilə bankların oprtfelinin təhlükəsizliyinin qorunması üçün balans yaratmaqdır. İpoteka kreditləşməsi başlayandan (2006-cı ilin yanvarı) 543,55 mln manat ipoteka krediti verilib. İpoteka kreditləri Azərbaycan vətəndaşlarına, 50 min manata qədər, 25 ilədək müddətə, illik 8%-dən çox olmamaqla verilir.

Güzəştli kreditlər 50 min manatadək, 30 ilə qədər müddətə, illik 4%-dək dərəcə ilə verilir.

İpotekanın inkişaf etməməsinin əsas səbəbi ilkin ödənişin yüksək olmasıdır. Sosial ipotekada o, 15, adi ipotekada 20%-dir. Yəni 50 min manatlıq mənzil almaq üçün banka 7,5-10 min manat ödəmək lazımdır. Bu gün belə mənzil və onu almaq istəyən çoxdurmu?

İpoteka kreditləşməsinin əsas şərtləri bunlardır: kreditlər manatla, Azərbaycan vətəndaşlarına verilir. Kreditlə mənzil və xüsusi ev almaq olar. Kredit səviyyəsi bazar qiymətinin 80%-i keçmir. Kredit üzrə aylıq ödəniş borcalanın aylıq gəlirinin 70%-i keçməməlidir. Həyat sığortası icbaridir. Hazırda AİF-in agentləri 28 bankdır 21 sığorta şirkəti və 11 qiymətləndirmə şirkəti də ipoteka bazarının iştirakçısıdır.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar