"İŞİD-dən kənar durun!" - Rusiya, Türkiyə və İrandan Suriya müxalifətinə çağırış

«AzPolitika.info»-nun Qazaxıstan KİV-nə istinadla verdiyi xəbərə görə, Rusiya, Türkiyə və İran İŞİD, «Cəbhə Ən-Nursə» qruplaşmalarını ləğv etmək əzmində olduqlarını təsdiqləyərək, Suriya silahlı müzalifətini bu terrorçu təşkilatlardan kənar durmağa çağırıb. Bu barədə Suriya üzrə Astanada keçirilən beynəlxalq görüşün yekunları barədə qəbul olunmuş birgə bəyanatda söhbət açılır.

««Əl-Qaidə» və ya «İŞİD» kimi terrorçu təşkilatlarla əlaqəli olan qruplaşmaların və digər şəxslərin, qrupların, müəssisələrin və təşkilatların, o cümlədən BMT Təhlükəsizlik Şurası tərəfindən terrorçu kimi tanınmış digərlərinin tam ləğvi məqsədilə əməkdaşlığı davam etdirmək əzmində olduğumuzu təsdiqlədik. Suriya silahlı müxalifətinin bütün birləşmələrini adı gedən terrorçu qruplardan ləngimədən və tamamilə kənarlaşmağa çağırırıq» - deyə, Astanadakı 11-ci Rusiya, Türkiyə, İran görüşünün yekun bəyanatında bildirilir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar