FİFA-nın yeni reytinqi - Millimiz neçəncidir?

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.

Qol.az-ın qurumun saytına istinadla yaydığı xəbərə görə, ötən ayla müqayisədə millimizin mövqeyində dəyişiklik olmayıb. Millətlər Liqasında Farer adalarını 2:0 udub, Kosovoya 0:4 hesabı ilə uduzan Qurban Qurbanovun baş məşqçi olduğu komanda 1206 xalla 107-ci yerdədir. Yığmamız bir xal itirib.

Qeyd edək ki, siyahıya 1727 xalla Belçika başçılıq edir. Fransa 2-ci (1726), Braziliya isə 3-cü (1676) yerdə qərarlaşıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar