ABŞ Səudiyyə Ərəbistanını RƏM sistemləri ilə təmin edəcək - «Qaşıqçı işi»nə baxmayaraq

«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, səudiyyəli müxalif jurnalist Camal Qaşıqçının İstambulda qamaqallı qətli Amerika Birləşmiş Ştatları (ABŞ) və Səudiyyə Ərəbistanı (SƏ) arasındakı işgüzar münasibətlərə, o cümlədən, silah alqı-satqısı müqavilələrinə təsir göstərməyib.

«CNBC» telekanalının xəbər verdiyi kimi, iki ölkənin hökumətləri Ər-Riyad tərəfindən «THAAD» raket əleyhinə müdaiə (RƏM) sistemlərinin alınması barədə yeni saziş imzalayıb. Vaşinqton bu sövdədən 15 milyard dollar qazanacaq.

ABŞ Dövlət Departamentində qeyd ediblər ki, ABŞ RƏM sistemləri səudiyyəlilərin ABŞ-n bölədəki başlıca rəqibi olan İrandan müdafiəsini təmin edəcək.

«Təklif və qəbul barədə məktubların imzalanması ABŞ-n və onun bölgəsel həmkarlarının İran istehsalı olan raketlərdən müdafiəsi yolunda daha bir addımdır» - deyə, DD-nin nümayəndəsi bəyan edib.

Qeyd edilir ki, sazişin rəsmi müzakirəsi hələ 2016-cü ilin dekabrında başlanıb, sazişin özü isə bu həftə «Qaşıqçı işi» üzrə ABŞ Koqresində ehtirasların coşması fonunda imzalanıb.

Hər iki partiyadan olan 6 senator Konqresə bir qanun layihəsi təqdim edib. Sənəd jurnalist Camal Qaşıqçının öldürülməsi və Yəməndəki hərbi əməliyyatlar ilə bağlı olaraq Səudiyyə hakimiyyətini cəzalandırmağı tələb edir.

Prezident Tramp isə Səudiyyə krallığı ilə hər cür əməkdaşlığa üstünlük verdiyini ortaya qoyub .

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar