Putin və Tramp bir-birini görməzliyə vurdular - G-20 sammitində

«AzPolitika.info»-nun Rusiya KİV-ə istinadla verdiyi xəbərə görə, Buenos-Ayresdə keçirilən G-20 sammitində liderlərin şəkil çəkdirməsindən əvvəl ABŞ və Rusiya Prezidentləri Donald Tramp və Vladimir Putin bir-birini salamlamayıb.

«İnterfaks» agentliyinin xəbər verdiyi kimi, şəkilçəkdirmə mərasimini onlarla jurnalist izləyib. Putin şəkil çəkdirmək üçün podiuma Trampdan əvvəl qalxıb. ABŞ lideri isə Putinin yanından keçib.

Ardınca, G-20 dövlətlərinin liderləri birinci plenar iclas zalına yollanıblar. Putin ilk gedənlər arasında olub. Tramp isə ondan aralı addımlayıb.

Xatırladaq ki, bu ərəfədə Tramp Putinlə planlaşdırılmış ikitərəfli danışıqları ləğv edib. Danışıqlar sammit çərçivəsində aparılmalı idi. Bu qərarı barədə Tramp «Tvitter»də yazıb ki, Rusiya Kerç boğazında saxlanmış gəmi və ekipaj üzvlərini azad etməyib. ABŞ dövlət başçısının fikrincə, Putinlə görüşü bu münaqişə həllini tapandan sonra keçirmək daha yaxşı olar.

Ağ Evin mətbuat katibi Sara Saeders isə izah edib ki, danışıqların ləğvi barədə yekun qərarı Tramp, dövlət katibi Mayk Pompeo, Ağ Ev aparatının rəhbəri Con Kelli və milli təhlükəsizlik məsələləri üzrə müşavir Con Boltonla söhbətdən sonra qəbul edib.

.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar