ABŞ təhsil naziri 2017-ci ildə 60 milyon dollar qazanıb 

«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, 2017-ci ildə Amerika Birləşmiş Ştatlarının (ABŞ) təhsil naziri Besti Devos digər nazirlərin hamısından artıq - 60 milyon dollar qazanc əldə edib.

Siyasətçilərin vergi bəyannaməsinə istinadla, bu barədə «Politico» nəşri xəbər verib.

Ölkədə 3 ən varlı nazirin toplam gəliri 150 milyon dollar təşkil edir. Ötən il Devos və onun həyat yoldaşından başqa yüksək əmək haqqı alması ilə ticarət naziri Uilbur Ross (47 milyon dollar) və maliyyə naziri Stiven Minuçin (41,6 milyon dollar) seçiliblər.

Nəşr qeyd edir ki, maliyyə triosunun gəlirlərinin əhəmiyyətli hissəsini maraqlar münaqişəsindən qaçmaq məqsədilə, investisiya kapitalının «dövriyyədən çıxarılması» təşkil edib.

Oktyabrın əvvəlində «Forbes» jurnalı xəbər verib ki, ABŞ prezidenti Donald Trampın varidatı 3,1 milyard dollara qədər azalıb və nəticədə o, ABŞ-ın 400 varlı vətəndaşı siyahısında 138-ci sıraya enib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar