Alyaskada güclü zəlzələ dağıntılara səbəb olub - VİDEO

ABŞ-ın Alyaska ştatının Ankoric şəhərində 7,1 maqnituda gücündə zəlzələ baş verib.

“Report” xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Məlumata görə, Kenay yarımadası və Kuk körfəzinə yaxın ərazilərdə sunami təhlükəsi elan olunub. Yerli sakinlərdən baş verə biləcək sunaminin nəticələrindən qorunmaq üçün evləri tərk edərək daha hündür yerlərdə mövqe tutmaları xahiş olunub.

Ştat qubernatoru Bill Uoker "Twitter" mikrobloqunda Alyaskada fövqəladə vəziyyət elan etdiyini yazıb:

"Güclü bir zəlzələdən sonra təbii fəlakətin olduğu açıqladı. Mən Ağ evlə birbaşa əlaqədəym".

Yerli polis şəhərdə yerli infrastruktura ziyan dəydiyini xəbər verib.

"Bütün Ankoric üzrə infrastruktura ciddi ziyan dəyib. Bir çox evlər və binalar zədələnib. Bir çox küçə və körpü keçilməz vəziyyətdədir. Maşın sürmək zərurəti yaranmayınca, küçəyə çıxmayın, təhlükəsiz sığınacaq axtarın", - deyə polisin elanında bildirilir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar