Donald Tramp ikinci ABŞ-KXDR sammitini keçirmək niyyətindədir

ABŞ prezidenti Donald Tramp, Argentinada keçirilən G20 zirvəsinin sahələrində Koreya Respublikasının prezidenti Mun Çje İn ilə görüşüb.

“Report” xəbər verir ki, bu barədə məlumatı Ağ evin mətbuat xidməti yayıb.

"Hər iki lider Şimali Koreyanın nüvəsizləşdirilmənin Koreya yarımadasında iqtisadi rifah və davamlı sülhün yeganə yolu olduğunu anlaması üçün mövcud sanksiyalar rejiminə ciddi riayət olunmasının vacibliyi ilə razılaşıblar", - deyə bəyanatda bildirilir.

Həmçinin qeyd olunur ki, görüş zamanı Tramp cənubi koreyalı həmkarı ilə ikinci ABŞ – KXDR sammitini keçirmək niyyətini müzakirə edib.

Bundan əvvəl BMT Şimali Koreyaya qarşı bir sıra sanksiyaları qismən ləğv edib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar