BAŞ REDAKTOR ANKARA BİABIRÇILIĞINI İFŞA ETDİ - "Dövləti və prezidenti aldadırlar"

"Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Fərhad Məmmədov və digər məsuliyyətli şəxslər bu biabırçılığa cavab verməlidir. Onlar dövləti və prezidenti aldadırlar". Bu fikirlər "Yeni Müsavat" qəzetinin baş redaktoru Rauf Arifoğlunun öz "facebook" səhifəsindən yaydığı açıqlamadan götürülüb.

"AzPolitika.info"nun məlumatına görə, baş redaktorun bəhs etdiyi biabırçılıq isə Ankarada baş verib.  R.Arifoğlunun açıqlamasından belə məlum olur ki, kimlərsə növbəti dəfə pul "yumaq" üçün  bir qrup media nümayəndəsini beynəlxalq konfrans adı ilə Ankaraya aparıb. Tədbirin keçirildiyi zalda isə demək olar ki, Bakıdan gedənlərdən savayı heç kim olmayıb. Yəni, özləri deyib, özləri eşidiblər. Rauf Arifoğlu da haqlı olaraq sual edir ki, yalnız Azərbaycan mediasının nümayəndələrinin iştirak etdiyi bir tədbirin Bakıda deyil, Ankarada keçirilməsi kimlərin planı olub və nəyə xidmət edib?

Baş redaktor həmin açıqlamasında bildirir:

"Ankarada bizi bir tədbirə apardılar. Nəymiş, əfəndim?

"Türkiyə - Azərbaycan münasibətlərinin gələcəyi" mövzusunda konfrans idi.

Təşkilatçılara bir baxın: AK Parti iqtidarına bağlı olan Siyasət, Ekonomi və Toplum Araşdırmaları Vəqfi! Onlarla bərabər, Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi (SAM)!

Mövzu və təşkilatçıların adları möhtəşəm, tədbir biabırçı. Zal bomboş, Türkiyə mediası yox!

Bakıdan gedən 15 media rəhbərini bəlkə də zalı bir az da olsun, dolu göstərmək üçün dəvət etmişdilər. Bizdən başqa zalda 10-12 adam olardı...

Təsəvvür edin, Musa Qasımlı danışır, bizsə onu dinləmək zorunda idik...

İşgəncə kimi bir şey...

Kimi aldadırıq? Nəyə lazımdır, bu oyuncaq konfranslar? Mən niyə Bakıdan Ankaraya gedib, Musa Qasımlını və SAM-çı Cavid Vəliyevi dinləməliyəm?

O konfransa yəqin ki, müəyyən qədər vəsait sərf olunub. Amma nə üçün? Axı hamı şahid oldu ki, tam boşuna bir tədbir idi. Nə media vardı, nə də dəvətlilər. Türkiyə Avropa deyil ki, oraya dəvət məsələsində problem ola. Deməli, işləməyiblər, sadəcə, fiksiyadır!

SAM rəhbəri Fərhad Məmmədov və digər məsuliyyətli şəxslər bu biabırçılığa cavab verməlidir. Onlar dövləti və prezidenti aldadırlar.

Və bizə də bir üzr borcludurlar...

Fotolarda: zal, konfrans və biz.."

Sonda qeyd edək ki, bu cür oyuncaq konfransların keçirilməsinin məqsədi əslində məlumdur: iş gördükləri görüntüsü yaratmaq və pul "yumaq"! Ancaq bu işlərə artıq Azərbaycan mətbuatının tanınmış nümayəndələrinin, ölkənin aparıcı media orqanlarının  baş redaktorlarının alət edilməsi təəccüb və təəssüf doğurur. Görün mediamız nə günə qalıb ki, artıq hər yerindən duran onun tanınmış simalarını belə öz çirkli oyunlarına alət etməkdən çəkinmir.  Üzücü və düşündürücüdür!

Elman İsmyıllı

AzPolitika.info

635x100

Şərhlər

oxucu 2018-12-01 11:34:33

baxın aaa, Azərbaycanın azman jurnalistlərinə...

rehman 2018-12-01 11:34:33

siz bunu haqq etmisiniz.

Kəmalə Kərrimli 2018-12-01 11:34:33

"Beynəlxalq"tədbirin istirakçilarina baxdim məni gülmək tutdu:))Bəyəm siz hələdə suzi idarə etdiyinizin fərqində deyilmisiz?Bəyəm Rauf Arifoqlu son bir necə illərdir ki,kimlərinsə əlində oyuncaq olduqunu bilmirmi? Siz kimi axmaq yerinə qoymusuz?Bütun cəmiyyət siizlərin lazim olanda istifadə edildiyinizi bilir.Acin qulaqlarinızi eşidin sizlər yalniz öz maraqlarinuz naminə üzdə olan media "qəhrəmanlarisız".KİVDF -nun yalaci iri məbləqli evsiz jurnalistər üçun tikilən binalarda kimlər yaşayir?Bilirsizmi???

asef 2018-12-01 11:34:33

ora gedenlere media kapitanlari demek jurnalistikani asaqilamaq demekdir. o bas redaktorlarin ekseriyyeti jurnalistika nedir bilmirler. esl jurnalistler bu peseden iyrenib getdiler.

Amon 2018-12-01 11:34:33

Ele bakida kecirilen sergilerde pul silmek ucundu

EJDER 2018-12-01 11:34:33

BU LAZIMSIZ TEDBIRLERIDI,GUYA AZERBAYCANI TANIDIRLAR.TURIST ...BOW BOW WEYLER,PULLARIN MENIMSENILMESI,AXIRDA DA WEREF,WOHRET ORDENI GET KEYF ELE...NAQIL DANIW,ANALOQU OLMAYAN INKIWAF.GURCULER PROBLEMLI KREDITLERI SILIRLER,BIZIM WOTUMUZA.

......... 2018-12-01 11:34:33

DÜŞMƏN LAZIM DEYİL!

TÜRKİYƏ DÖVLƏTİ 2018-12-01 11:34:33

ARTIQ TÜRK DÖVLƏTİ KİMİ SÜQUTA UĞRAMIŞDIR və erməni-XAİES SOYLU QARAÇI TAYFASI istanbulu-KONSTANTONOPOLU TAM İĞAL ETMƏKLƏ DÜNYA HÖKMRANLIĞINI ƏLƏ KEÇİRMƏK ÜÇÜN TÜRKİYƏDƏN REVANŞA BAŞLAMIŞLAR!

memmedhesen eminin ewweyi 2018-12-01 11:34:33

siz ,,,media kapitanlari,,,, ( eslinde yalancilar) ele buna layiqsizde ,medalida taxmamisuz hele ustelik ...

Gülağa 2018-12-01 11:34:33

Guya R.Arifoğlu yeni Amerika kəş eləyib.Hər şey süni olanda insanların mənəviyyatı da süniləşir.Böyük vəzifə daşıyan məmur TV-də çıxış edərkən əgər məktəb şagirdi də hiss edirsə məmur gözünün içinə kimi yalan danışır onda hansı mənəviyyatdan danışmaq olar.Hansı böyük ranqlı məmuru işdən çıxarsan milyonlar yediyi aşkara çıxır və cəzası da yox.İşğal altında olan rayonun İH-nin başçısının dəyəri milyonlarla olan villası aşkar olur, deyir ki kişinin evi olarda.Bir də ki elə tədbirlə elə sizi kimi iqtidardan medal alan onların işinə yarayan media nümayəndələri qatılmalıdırda bəə... Necə ki manısları seçki qabağı mitinqlərdə oxudurlar eyy. Azpolitika x.e. şərhimi verin.

Sus 2018-12-01 11:34:33

..xalqı aldadırlar....Guya bunu indi bilirdin.hEÇ OLMASA TOVUZA GEDƏNDƏ, ORDAN KEÇ BİR gÜRCÜSTANI FIRLAN GƏL.Bəlkə dəyişdin...

0xucu 2018-12-01 11:34:33

Buna deyərlər özləri çalır ,özloəri də oynayırlar.Afərin

pensiyaçı 2018-12-01 11:34:33

SƏN NƏ GÖZLƏYİRDİN BƏS!!!

miri 2018-12-01 11:34:33

Belə tədbirlər üçün "yeniazərbaycan" təcrübəsindən istifadə etmək lazimdir: dəvətlilərin bütün(nəqliyyat, yerləşmə,yemək) xərclərinin ödənməsi və iştirakçıların hamısına qiymətli hədiyyəyə təminat vermək,sonra dəvət etmək. Vəssalam. P.s. Sizin "boqazdanyuxari nağıllar"a qarşılıqsız heç Azərbaycan vətəndaşı qulaq asmaq istəməz!

Mirzə AĞ 2018-12-01 11:34:33

Rəzalət!!!

aysberq 2018-12-01 11:34:33

... Məyər hər kəs fiksiya, imitasiya ilə məşğul deyil?? Gedib-gələndən sonra haray-həşir qaldırmasğın nə mənası var görəsən??

oxu meni 2018-12-01 11:34:33

hamiya alet olanları indi Fərhad muellim istifade etmek isteyib de, day niye inciyirsiz ki?

Fransız 2018-12-01 11:34:33

Bacardıqları budur...ürəyləri gedir məclis təşkil etmək, məclis aparmaq, yekə-yekə xırdalamaq, arxasında heç nə durmayan iddialarla çıxış etmək üçün....fransızdan daha çox fransalıya oxşayan, türkdən daha çox türkçülük nümayiş etdirən – bundan artıq hansı fərasətin sahibi ola bilər?!

Şaiq 2018-12-01 11:34:33

Bu cür "vətən sevərliyin" təkrarlanmaması üçün,səfərə çəkilən xərc təşkilatçılar tərəfindən ödənilməlidir.

Abit 2018-12-01 11:34:33

Günah sende deyil ay Rauf amca seni ora çağıranındı

Son yazılar