Ötən ay Azərbaycanda 341 ədəd partlamamış hərbi sursat tapılıb

Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) noyabrda görülən işlərin hesabatını açıqlayıb.

ANAMA-dan “Report”a verilən məlumata görə, agentlik tərəfindən Ağcabədi, Ağdam, Ağstafa, Beyləqan, Cəbrayıl, Füzuli, Şəmkir, Tərtər, Tovuz, Qaradağ rayonları və Bakı, Gəncə, Sumqayıt şəhərləri ərazisində 508,013 m² (50.80 ha) ərazi yoxlanılıb, 341 ədəd partlamamış hərbi sursat (PHS), 17 ədəd piyada əleyhinə mina və 1 ədəd tank əleyhinə mina (cəmi 359 ədəd) aşkar edilərək zərərsizləşdirilib.

Əməliyyatlarda 480 nəfər əməliyyat heyəti, 135 nəfər inzibati heyət, 6 mexaniki minatəmizləmə maşını və 40 minaaxtaran it iştirak edir.

İndiyədək cəmi 531,572,550 m² (53,157.26 ha) ərazi təmizlənib, 800,951 ədəd mina və partlamamış hərbi sursat (PHS) tapılaraq zərərsizləşdirilib.

Noyabr ayı ərzində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin (DİN) “102” Xidməti-Zəng Mərkəzindən – 10 , Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzindən – 8 və Rayon Polis şöbələrindən (RPŞ) – 2 müraciət daxil oluv. Müraciətlər əsasında 12,630 m² ərazi təmizlənmiş, 176 ədəd partlamamış hərbi sursat (PHS) aşkar edilərək yerli əhalinin təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə agentliyin Mərkəzi Məhvetmə ərazisinə daşınaraq zərərsizləşdirilib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar