Qaşıqçının ruhu üsyana qalxdı! - Buenos-Ayresi silkələdi...

«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, G20 sammitinin işə başladığı ilk gün Buenos-Ayresdə zəlzələ qeydə alınıb. Bu barədə Argentina milli seysmik proqnozlar institutunun məlumatında xəbər verilir.

Maqnitudası 3,8 bal olan təkanlar Bakı vaxtı ilə 17, 27 dəqiqədə 25 kilometr dərinlikdə qeydə alınıb. İnstitut belə zəlzələni zəif-orta intensivlikli və ziyanlıq verməyən kateqoriyasına aid edib.

Xəbər verildiyi kimi, G20 sammiti öz işinə başlayıb və  bu nüfuzlu beynəlxalq tədbirdə Səudiyyə Ərəbistanının vəliəhd-şahzadəsi Mühəmməd ibn-Salman də işttirak edir. O da məlumdur ki, şahzadə səudiyyəli müxalif jurnalist Camal Qaşıqçının qətlinin sifarişçisi olmaqda təqsirləndirilir. Məhz bu səbəbdən də Argentinalı prokurorlar ona qarşı cinayət işi açıblar. Nəticədə, Salman oğlu hər ehtimala qarşı, yaşadığı mehmanxanadan Səudiyyə səfirliyinə köçüb...

Görünür ki, bütün bu ədalətsizliklərə dözməyib də, «al-ver» əhlinə (G20 liderlərinə) qəzəblənən Qaşıqçının ruhu əlinin biri ilə Buenos-Ayresi yüngülcə «silkələyib».

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar