CANIM VƏTƏN!

Nurəddin İsmayıl

Azərbaycan, doğma yurdum, canım vətən,

Göz bəbəyim, şah damarım, qanım vətən.

Göydə Allah, yerdə sənsən pənahımız,

Başım tacı, həm sultanım, xanım vətən.

Sənsən mənim könül mülkü əzəl eşqim,

Sinəsində boy atdığım anam vətən.

Hansı cəllad param-parça etmiş səni?

Dərdlərinlə qoy alışım, yanım vətən.

Mavi gözlü, al çöhrəli, yaşıl bayraq,

Olsun mənim şəhid qanlı donum, vətən.

Qurban demiş bizi doğan ana sənə,

İstiqlalım, hürriyyətim, şanım vətən.

Yoxdur mənim səndən özgə səcdə yerim,

Ülviyyətim, uca adım, sanım vətən.

Harda olsaq, hara getsək, yol sənədir,

Ayrı düşsəm, çatar sənsiz sonum, vətən.

01.12.2018

Şərhlər

Nurəddin İsmayıl 2018-12-06 14:45:30

hörmətli çina xanım məgər mən vətəndə hər şeyin ideal olduğunu, vətəndaşın yağ bal içində üzdüyünü yazmılşam ki siz bu qədər qeyzlənibsiniz? Mən yazmıçam ki vətən müqədəsdir, heç bir dağıdıcı qüvvə bikzim vətn sevgimizi öldürə bilməz. Onun bayrağı, şəhidi, dağı daşı bizə əzisdir, adı ucalardan ucadır. Şərh yazanda bir az diqqətli olmanız gərəkir.

çina 2018-12-06 14:45:30

hansı vətəndən nağıl danışır hörmətli şair??qul kimi işləyib ölməmək üçün yaşadığımız,aclıqdan qərib ölkələrə köç etdiyimiz,sərvətlərini harınların yeyib xalqa sür-sümük atdıqları vətəndən???!!

Son yazılar