Hollandiyalı müdafiəçi seçimini etdi - "Barselona"ya keçir

“Barselona” Matteys de Liqtin transferi üçün “Ayaks”la danışıqları davam etdirir.

Qol.az-ın İspaniya mətbuatına istinadla yaydığı xəbərə görə, danışıqlar prosesinin ilkin mərhələsi uğurlu alınıb. 19 yaşlı futbolçunun özünün də Kataloniya təmsilçisinə keçmək istəməsi ispanların işini bir qədər də asanlaşdırıb. Gənc müdafiəçinin “Barselona”ya görə digər təkliflərdən imtina etməyə hazır olduğu bildirilir.

Qeyd edək ki, de Liqtlə Avropanın digər aparıcı klubları da yaxından maraqlanır.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar