Avropa İttifaqı “Horizon Europe” proqramını təsdiqləyib

Avropa İttifaqı ölkələri 100 milyard avro vəsaitin cəlb olunacağı “Horizon Europe” tədqiqat proqramını təsdiqləyib.

AZƏRTAC xəbər verir ki, hazırda Aİ Şurasına sədrlik edən Avstriyanın səyləri ilə 2021-2027-ci illəri əhatə edən çərçivə proqramı səkkiz saatlıq müzakirələrdən sonra qəbul olunub. Aİ-nin elm və tədqiqat üzrə Nazirlər Şurası çərçivə proqramının mahiyyəti üzrə bəndləri dəqiqləşdirib və həcminə görə dünyanın ən böyük tədqiqat proqramı yekdilliklə təsdiq olunub.

Avstriyanın elm naziri Haynts Fassmann bildirib ki, proqramda qlobal çağırışlar və cəmiyyəti narahat edən problemlərin həllinə yönəlmiş tədqiqat və layihələr ön planda dayanacaq. Avropa ölkələri bu proqramın köməyi ilə Asiya və Amerika ilə rəqabətdə Avropanın mövqeyini elm, tədqiqat və innovasiyalar məkanı kimi gücləndirməkdir.

Avropa İttifaqının tədqiqatlar üzrə komissarı Karlos Moedas “Horizon Europe” barədə qərarın qəbulunu Avropa üçün önəmli gün adlandırıb və Avstriya sədarətini bu proqramın qəbulunda göstərdiyi fəaliyyətə görə təbrik edib.

Çərçivə proqramının yekun maliyyələşdirilməsi Avropa Parlamenti tərəfindən təsdiqlənməlidir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar