Tramp dekabrın 5-ni matəm günü elan edəcək

ABŞ prezidenti Donald Tramp dekabrın 5-ni ölkənin 41-ci prezidenti Corc Buşun (böyük) vəfat etməsi ilə əlaqədar matəm günü elan edəcək.

Trend-in məlumatına görə, bu barədə Ağ Evin mətbuat katibi Sara Sanders bildirib.

S.Sanders deyib: "Prezident çərşənbə gününü, 5 dekabrı milli matəm günü elan edəcək".

Xatırladaq ki, ABŞ-ın sabiq prezidenti Corc Buş (böyük) dekabrın 1-i vəfat edib. 94 yaşında dünyasını dəyişən siyasətçi 1989-1993-cü illərdə ABŞ prezidenti olub.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar