Kimlərin kredit borcları bağışlanıla bilər? - Məhəmməd Talıblının ŞƏRHİ

Məhəmməd Talıblı

(İqtisadçı ekspert)

Gürcüstanın 600 min vətəndaşının kredit borcları (1,5 mlrd. lari) bağışlanılması dekabr ayında gerçəkləşəcək. Azərbaycanda bütün kreditlərin bağışlanılması real olmasa da, amma bəzi sosial qrupların kredit borcları bağışlanıla bilər. Məndən bir iqtisadçı olaraq hansı sosial qrupların kredit öhdəliklərinin bağışlanılmasnın vacibliyi soruşularsa, heç şübhəsiz aşağıdakıları daha vacib hesab edərəm:

• Problemli kredit qrupuna daxil olunanlar. Azərbaycanda təxminən 1,7 milyon nəfərin problemli kreditlər qrupuna aid olunduğunu nəzərə alsaq, bağışlanılma aktının əhatə dairəsinə bunların salınması;

• Daha həssas sosial qruplar kimi bunları əsas götürmək olar: işsiz vətəndaşlar, müəllimlər və həkimlər;

• Dollarla kredit götürənlər, məsələn, heç olmasa 10 min dollara qədər kredit borcu olanlar;

• Təhsil krediti götürənlər;

MALİYYƏ MƏNBƏYİ KİMİ. Mən təklif edərəm ki, neftin büdcədə götürüldüyü əsas qiymət həddindən yüksək satış qalığı kredit borclarının bağışlanılması üçün start vəsait kimi istifadə olunsun. Bu zaman dövlət mövcud olan rezervlərindən istifadə olunmadan belə bir sosial layihəni reallaşdırmış olur. Bunu 2 aspektdən qiymətləndirmək mümkündür:

(ı) dövlət qazanmalı olduğu neft gəlirdən vətəndaşların xeyrinə imtina edir,

(ıı) resursla zəngin ölkələrin təcrübəsindən istifadə edərək vətəndaşların neft gəlirlərindən birbaşa faydalanmaq fürsətini tanıtmış olur.

635x100

Şərhlər

EJDER 2018-12-01 22:56:39

TAM DUZ DEYIRSINIZ,BU BIR OYUN IDI,NEDEN KAPITAL MANAT BAWQA PUL VAHIDI ILE KREDIT VERMEYIB.KAPITALA INSAN ELINDEN YAXIN DUWMEK OLMUR,NEDEN...MAHAPOLIYA,KORRUPSIYA NEYE DEYILIR...OLSUN...YEMESINLER

yengibar 2018-12-01 22:56:39

Təbii ki, Gürcüstandan qat qat güclü olduğumuz üçün bizdə də kredit borcları silinməlidir.Yenə də təbii ki, ilk növbədə Cahangir Hacıyevin,Cahangir Əsgərovun, Hacı İbrahimin, yekə bankların borcları silinməlidir.İmkan olsa Ziya Məmmədov, Hafka kimilərin də borcu silinər.Müəllim, həkim nə bilim studentlərin borcunu silməyə ehtiyac yoxdur, onların əmək haqqından hər ay tutulur, qaçacaq yerləri yoxdur.

Son yazılar