Çexiya prezidenti Macarıstanın baş nazirindən üzr istəyib

Çexiyanın xarici işlər naziri Tomaş Petrşiçekin bu ölkənin Budapeştdəki səfirliyinin əsas diplomatik korpuslar siyahısından çıxarılması niyyətini elan etməsindən sonra prezident Miloş Zeman Macarıstanın baş naziri Viktor Orbandan üzr istəmək məcburiyyətində qalıb.

Çexiyanın dövlət başçısı üzrxahlığını onunla əsaslandırıb ki, Xarici İşlər Nazirliyi sözügedən siyahını prezident və baş nazirlə məsləhətləşmədən tərtib edib.

AzərTAc xəbər verir ki, “Barrandov” özəl televiziya kanalına müsahibə verən M.Zeman yanvarda keçiriləcək səfirlər və baş konsullarla görüşündə XİN-ə bu qərarın ləğv olunmasını təklif edəcək. Bu siyahıda İtaliya, Ukrayna və Türkiyə səfirliklərinin də əsas diplomatik korpuslar sırasında yer almaması dövlət başçısının xoşuna gəlməyib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar