Ərdoğanla Tramp arasında 50 dəqiqəlik qapalı görüş

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla ABŞ prezidenti Donald Tramp arasında görüş keçirilib.

Virtualaz.org xarici KİV-ə istinadla bildirir ki, görüş "G20" sammiti çərçivəsində Argentinanın paytaxtı Buenos-Ayres şəhərində baş tutub.

Prezidentlərin görüşü mətbuata qapalı keçirilib. 50 dəqiqəlik danışıqların detalları hələlik açıqlanmayıb.

Qeyd edək ki, bu görüşdən sonra Ərdoğan İngiltərə Baş naziri Tereza Meylə bir araya gələcək. Bundan öncə isə Ərdoğan rusiyalı həmkarı Vladimir Putinlə görüşmüşdü.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar