Putinlə Tramp Argentinada ayaqüstü görüşdülər

ABŞ Prezidenti Trampla Rusiya lideri Putinin Argentinada G-20 çərçivəsində qeyri-rəsmi görüşüblər.Virtualaz.org xarici KİV-ə istinadən bildirir ki, Ağ Evin mətbuat katibi Sara Sanders məlumatı təsdiqləyib.

Ağ Ev sözçüsü Donald Tramp və Melaniya Trampın bir çox dünya liderləri, o cümlədən Putinlə qeyri-rəsmi danışıqlar apardığını bildirib.

Qeyd edək ki, Kerç böhranı səbəbindən Tramp Putinlə ikitərəfli görüşünü ləğv etmişdi. Hətta liderlərin G-20 zirvəsində salamlaşması mərasimində də Trampla Putinin görüşmədiyi bildirilmişdi.

Kreml sözçüsü Peskov isə bu gün mediaya açıqlamasında liderlərin ayaqüstü görüşəcəyini bildirmişdi.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar