Əflatun Amaşov yazır: "Ayıb olsun"

Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov sosial şəbəkədə xüsusi açıqlamq ilə çıxış edib. Həmin açıqlamanı təqdim edirik:

Özünü Irəvan TV adlandıran birisi status paylaşıb. Guya Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının İrəvanda keçirilən 52-ci plenar sessiyasında Azərbaycanın bayrağı düzgün qoyulmayıb və mən də onu düzəltməmişəm. Bohtandır, iftiradır, təqdim edilən şəkil montajdir!

Həmin şəxs bilmir ki, mən hansı beynəlxalq tədbirə yollanıramsa, özümlə bir bayraq da götürürəm (Bilmək olmaz, təşkilatçı tərəf bizim bayrağımızı tapmaqda çətinlik çəkə bilər). Hər dəfə iclas salonuna daxil olanda bayrağımızın harada, necə yerləşdiriməsini müşahidə edirəm.

Yeri gələndə onun şəklini də çəkirəm. İrəvanda da belə oldu. Aşağıda təqdim etdiyim 1-ci şəkil iclas başlamamışdan əvvəl çəkilib. Üç rəngli möhtəşəm bayrağımız vuqarla dayanır. 2-ci şəkil QDİƏT Parlament Assambleyasının saytından götürülüb (http://www.pabsec.org/news-details.asp?id=495&hl=en). 3-cü şəkil iclasın gedişində lentə alınıb. Sonuncu şəkil isə montaj ediləndir. Nə deyəsən? Sadəcə pıçıldayıram: ayıb olsun!

Aflatun Amashov adlı şəxsin şəkli.

Aflatun Amashov adlı şəxsin şəkli.Aflatun Amashov adlı şəxsin şəkli.

Aflatun Amashov adlı şəxsin şəkli.

635x100

Şərhlər

Ekspert 2018-12-02 00:21:21

HörmətliMM vəkili,Siz elə oturan kimi Dövlət bayraqları qoyulmuş arxa səhnəni telefona çəkib götürərdin(qoltuğunda yox)sonra da(Elə Azərbaycana aid bütün rəmzləri)belə vəziiyyətdə göstərərdin.Elə şəkildən görünür ki,bayrağın yuxarı hissəsi ağ göstərilib.Ayıq olmaq lazımdır.Bu montaja oxşamır.Hörmətli Admin Azpolitika,Siz diğər ölkələrin(İştirakçı)saytlarından dəqiqləşdirə bilərsiniz.Azərbaycanı təmsil edən hər bir şəxs vicdanı qarşısında dəqiq olmalıdır.Dövlətin rəmzlərinin qorunmasına riayət edilməlidir.

t.ədalət 2018-12-02 00:21:21

Heç kim qəsdən bayrağı tərsinə qoymaz.Belə şeylərlə oynamaq doğru deyildir.Amaşovun səhvi ermənistana getməyidir.

Son yazılar