“BÜDCƏNİN BU CÜR TALAN OLUNMASINI İSTƏMİRƏM...” – SAM rəsmi açıqlama yaydı, Rauf Arifoğlu yenidən ittiham etdi! + VİDEO

Azərbaycan Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin (SAM) Türkiyənin Siyasi, İqtisadi və Sosial Araşdırmalar Mərkəzi (SETA) ilə birgə Ankarada "Türkiyə-Azərbaycan əlaqələrinin gələcəyi” mövzusunda beynəlxalq konfrans adı altında təşkil etdiyi tədbirlə bağlı yaranmış qalmaqal haqqında

R.Arifoğlu və F.Məmmədov (Ankara)

R.Arifoğlunun bu açıqlamasının üzərindən 2 gün keçməsinə baxmayaraq, Fərhad Məmmədov məsələylə bağlı hər hansı açıqlama verməyib. Hələlik susmağa üstünlük verir. Əvəzində Strateji Araşdırmalar Mərkəzi Ankarada təşkil olunan tədbirlə bağlı özünün rəsmi internet səhifəsindən yazılı açıqlama yayıb.

Açıqlamada bildirilib: "SAM və Türkiyə  Xarici İşlər Nazirliyi yanında Strateji Araşdırmalar Mərkəzi (Türk XİN SAM) birgə əməkdaşlıq çərçivəsində 26-30 noyabr tarixləri ərzində Ankarada "Azərbaycan həftəsi” keçirib. Bu məqsədlə SAM, Azərbaycan Respublikası Prezidentinin Administrasiyası və Xarici İşlər Nazirliyinin əməkdaşlarından, habelə millət vəkili və müstəqil ekspertlərdən ibarət nümayəndə heyəti Ankaraya səfər edib. Səfər Ümummilli lider Heydər Əliyevin Ankaradakı Heydər Əliyev Parkında ucaldılan abidəsinin ziyarəti ilə başlayıb.

Səfər çərçivəsində nümayəndə heyəti Azərbaycanın Ankaradakı səfirliyində, Türkiyənin Prezident Administrasiyasında, Türkiyə XİN SAM, Avrasiya İncələmələr Mərkəzi (AVİM) və Siyasi, İqtisadi və Sosial Araşdırmalar Mərkəzində (SETA) geniş tərkibli dəyirmi masa, görüş və beynəlxalq konfrans keçirib.

Nümayəndə heyəti əvvəlcə Azərbaycanın Ankaradakı səfirliyində olub, Azərbaycanın Türkiyədəki səfiri Xəzər İbrahimlə görüşüb, habelə Ankara Universitetində və Ankarada yerləşən müxtəlif beyin mərkəzlərində fəaliyyət göstərən azərbaycanlılarla Türkiyə-Azərbaycan ikitərəfli münasibətlərinə dair müzakirələr aparıb.

Səfərin ikinci günü, 27 noyabrda SAM-ın nümayəndə heyəti Türkiyənin Prezident Administrasiyasında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın müşaviri Tuğba Nur Sönməzlə görüşüb. T.N. Sönməz ikitərəfli münasibətlərin hazırkı vəziyyətinə və gələcək perspektivlərinə dair məlumat verib və hər iki ölkə arasındakı qarşılıqlı əməkdaşlıq sahələrinin gələcəkdə də genişlənəcəyinə ümidvar olduğunu bildirib. Görüş Azərbaycan-Türkiyə əməkdaşlığının tarixi və hər iki ölkənin hökumət başçıları səviyyəsində davam edən mehriban qonşuluq siyasəti,  qlobal miqyaslı layihələrin həyata keçirilməsində iki ölkə arasındakı qarşılıqlı dəstək və ölkələr arasındakı strateji tərəfdaşlıq mövzularının müzakirəsi ilə davam edib”.

Daha sonra qeyd olunub ki, SAM Türkiyədə "Azərbaycan həftəsi” çərçivəsində təşkil etdiyi silsilə tədbirləri davam etdirərək Türkiyə XİN SAM və AVİM-də dəyirmi masa formatında görüşlər keçirib: "Türkiyə və Azərbaycan arasındakı qarşılıqlı əlaqələr, bu əlaqələrin siyasi, iqtisadi, təhlükəsizlik və əməkdaşlıq aspektləri və eləcə də regionun siyasi arenasında cərəyan edən hadisələrə dair mövzuların müzakirəsinə həsr edilmiş dəyirmi masalar Türkiyə Universitetlərinin akademik heyəti və eləcə də digər tanınmış tədqiqat mərkəzlərinin nümayəndələrinin müşayiəti ilə həyata keçirilib. SAM səfər çərçivəsində daha bir əhəmiyyətli tədbir — "Türkiyə-Azərbaycan əlaqələrinin gələcəyi” mövzusunda beynəlxalq konfrans təşkil edib.

3mu

Türkiyənin Siyasi, İqtisadi və Sosial Araşdırmalar Mərkəzində (SETA) keçirilən konfransda Türkiyə və Azərbaycan arasında siyasi səviyyədə mövcud olan dostluq münasibətlərinin hər iki ölkənin qardaş xalqları arasında da özünü büruzə verdiyini qeyd edən Milli Məclisin Azərbaycan-Türkiyə Parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü, millət vəkili Musa Qasımlı ikitərəfli münasibətlərin beynəlxalq hüququn norma və prinsiplərinə əsaslandığını bildirib. Bundan başqa, Musa Qasımlı hər iki ölkənin müxtəlif beynəlxalq platformalarda da qarşılıqlı şəkildə bir-birinin  mövqeyini dəstəklədiyini iştirakçıların diqqətinə çatdırıb.

Tədbirdə SAM-ın Xarici siyasət məsələlərinin təhlili Şöbəsinin müdiri Cavid Vəliyev çıxış edərək Türkiyə-Azərbaycan ikitərəfli əlaqələrinin regionun siyasi konfiqurasiyasına müsbət yöndə təsir etdiyini, siyasi, iqtisadi, enerji və hərbi sahələrdə hər iki dövlətin maraqlarının uzlaşdığını bildirib, eyni zamanda, Azərbaycanın Türkiyənin terrorizm və separatizmə qarşı apardığı mübarizəyə dəstək verdiyini xatırladıb. İki ölkə arasında davam edən siyasi-iqtisadi, mədəni və digər sahələrdəki əməkdaşlığa dair fikir mübadiləsinin aparılması üçün əlverişli platforma rolunu oynayan konfrans Orta Şərq Texniki Universitetinin (ODTÜ) əməkdaşı Oqtay Tanrısevər və  Türkiyə Böyük Millət Məclisinin Türkiyə-Azərbaycan Parlamentlərarası dostluq qrupunun keçmiş sədri Necdət Ünüvarın ikitərəfli münasibətlərin inkişafı və gələcək perspektivlərinə dair məruzəsi ilə davam edib”.

4mu

Açıqlamada həmçinin bildirilib ki, SAM ilə Türkiyə XİN Strateji Araşdırmalar Mərkəzi arasında 2011-ci ilə imzalanmış Əməkdaşlığa dair Memoranduma əsasən hər ildən bir Türkiyə və Azərbaycanda müvafiq olaraq, "Azərbaycan həftəsi” və "Türkiyə həftəsi” keçirilir: "Cari ildə bu ənənəni davam etdirən Mərkəz Türkiyədə dörd günlük "Azərbaycan həftəsi” təşkil edib. Qeyd edək ki, silsilə xarakterli tədbirlərin əsas məqsədi elm və ictimaiyyət nümayəndələrini iki ölkənin daxili, xarici və təhlükəsizlik siyasəti barədə məlumatlandırmaqdan və ikitərəfli münasibətlərin inkişafına təkan verməkdən ibarətdir”.

Rauf Arifoğlu "BakiPost" saytına açıqlamasında diqqəti ona yönəldib ki, SAM özünün yaydığı 2 saat 10 dəqiqəlik videodan da tədbirin necə biabırçı təşkil olunduğu açıq-aşkar görünür: "Orada cəmi bir videokamera var idi. O da tribunaya tuşlanmışdı. Kadrlardan da göründüyü kimi, çox yaxın məsafədən zalın ilk 4 və 5 oturacağı çəkilir. Hətta ilk 3 və 4 oturacaqlar belə dolu deyildi. Məndə isə tam zalı göstərən fotolar var. Bizim çəkdirdiyimiz selfi və fotolarda zal ümumi görsənir.

Mənim fikrim Fərhad Məmmədovu və konkret şəxsləri ifşa və ittiham etmək deyil. Fikrim ölkəmiz adına edilən yanlışı özlərinə göstərmək idi ki, gələn dəfə bunu etməsinlər. Tədbirdə 1 nəfər də olsun Türkiyə mətbuatını təmsil edən jurnalist yox idi. O tədbiri Türkiyə televiziyaları işıqlandırmadı. İl ərzində bu kimi 100 tədbirin keçirilməsi nəzərdə tutulur. Bu tədbirlərin hər birinə konkret məbləğ ayrılıb. O məbləğlər dövlət büdcəsindən gedəcək. Mən büdcənin bu cür talan olunmasını istəmirəm! Buradan 15 nəfəri aparıb, orada özümüzü-özümüzə dinlətdirmənin nə əhəmiyyəti var? Bu işgəncə növüdür, buna gərək və ehtiyac yox idi”.

R. Arifoğlu SAM-ın cavabındakı "Heydər Əliyev parkını ziyarət” məsələsinə də toxunub: "Tədbirin bir hissəsi mərhum prezident Heydər Əliyevin adını daşıyan parka ziyarət və onun heykəlinin önünə gül qoymaq idi. Fərhad Məmmədov da bunu tədbir kimi qeyd edib. Əgər bunu tədbir saymaq olarsa... Orada da iştirak edənlərin sayı az idi. Bakıdan gedən 15 nəfər KİV rəhbəri olmasaydı, orada cəmi 5-6 nəfər olacaqdı. Maraqlı məqama diqqət çəkmək istəyirəm: Türkiyədən gülqoyma və ziyarət mərasiminə dəvət olunan bir neçə şəxs ora yox, mərasimdən sonra təşkil olunmuş ziyafətə qatıldı. Bunun özü də çox maraqlı detaldır. Mən Azərbaycan adına olan bu görüşlərin yüksək səviyyədə olmasını istəyirəm. Ona görə də həmin qeydləri yazmışam. Başqa bir marağım yoxdur”.

Qeyd edək ki, SAM Ankarada keçirilən tədbirin videosunu da öz internet səhifəsinə yerləşdirib (Video aşağıda təqdim olunur-red.). Həmin videodan Rauf Arifoğlunun ittihamlarının həqiqəti əks etdirdiyi, tədbirə Bakıdan gedən redaktorlardan savayı 5-10 nəfərin qatıldığı açıq görünür. Ancaq SAM-ın açıqlamasında bu məsələnin üzərindən sükutla keçilir. Ortada ciddi ittihamların olmasına baxmayaraq, bunlara cavab verilmir. 

Belə çıxır ki, SAM rəhbərliyi Ankarada beynəlxalq konfrans adı ilə keçirilən tədbirin pul "yumaq" məqsədinə xidmət etdiyini qəbul edir. Məsələ ondadır ki, bu cür tədbirlərin təşkilinə xeyli miqdarda dövlət vasaiti sərf olunur. Sadə hesablama aparsaq, 15 nəfər baş redaktorun, bir neçə deputat və ekspertin, SAM rəhbərliyinə daxil olan bir qrup şəxsin Ankaraya aparılmasına, orada 4 gün qalmasına, konfrans zalının icarəsinə və sairə azı 100-150 min dolların xərcləndiyini söyləyə bilərik. 

Hər halda ictimaiyyəti SAM-ın Ankarada keçirdiyi əhəmiyyətsiz görüşlərə dair açıqlamalar deyil, səslənən ittihamlarla Fərhad Məmmədovun cavabı maraqlandırır. 

Rasim

AzPolitika

635x100

Şərhlər

Mühacir 2018-12-03 20:36:21

diqqətinizi azərbaycanın xaricdəki səfirliklrinə yönəldin, oralarda belə birabrçılıqlar tez-tez baş verir. SAM yəqin XİN-dən öyrənib

Baxşeyiş 2018-12-03 20:36:21

raufa o tədbir üçün ayrılan puldan çatmayıb ona görə CIĞALLIQ edir

REDAKTOR 2018-12-03 20:36:21

Olkəmizdə əksər adini aparici curnalistlər adlandiranlar nədən bu duruma yəni raufun gununə dusub ... hələ də məlum dəyil.

oxucu 2018-12-03 20:36:21

Mayif Qasimin doshu medal isteyir verin getsinler de bu Raufla Mirsahin daY ozlerini elden saldilar ki,biri qezetchilikde o biri televiziyada

Saleh Mahmudov 2018-12-03 20:36:21

Bu balbeslər gedib hər yerdə bizi biabır edirlər. Səviyyəsizlər

turksoy 2018-12-03 20:36:21

salam deyerli izleyiciler.Deyirem bu rauf.... sohbet hec SAM ve ya ferhaddan da getmir.ferhad da yeqin qorxusundan bela adami devet edib ki sakit dura.ancaq pulu bolusa bilmeyibler.bu arif yapcilari coxxxxxxx geride qoyub molodesssssssss

Aslan 2018-12-03 20:36:21

İstədiyin nə var idisə bu hökumətdən aldın, adını da qoydun müxalifətçi. İqtidarın qəzeti sənin qəzetinin yanında toya getməlidir. Bilmirsən daha necə yarınasan ki, bəlkə bu hökumətdən bir şey qopartdın

samir 2018-12-03 20:36:21

bu nece olur hamisi bir iş olanda deyirler prezidenti aldadirlar?

DONQİLİ BƏY 2018-12-03 20:36:21

Rauf müəllim büdcənin nə cür talan olunmağını istəyir?

ayzek 2018-12-03 20:36:21

Bu deyəsən müxalifəti yıxıb sürüyüb indi də keçib iqtidara!Büdcəyə elə canın yanırsa gedib gəzməyinin pulunu çıxar cibindən ödə!

Sadiq 2018-12-03 20:36:21

Bunlarin har ikisi eyni tipli adamlardir. Yaqin birina chox dushub birina az. Yani dava yorgan ustundadir.

oxucu 2018-12-03 20:36:21

Taladəğınız o puldan 5-10 manat verin Musa gedib özünə dermantindən də olsa bir cüt ayaqqabı alsınş Ayıbdır aparmısız o boyda kişini ,ayaqqabısına bir baxın da.

Hacı 2018-12-03 20:36:21

Kişinin haqqını verində bəə...Jurnalistə atmaq olar? Bilirziz ki, onlar sirr saxlaya bilmirlər.Verməsəniz oda sizi öz qəzətində biabır eləyəcək R.Arifoğlunu və başqalarını bir qarın yeməyə (oxu ziyafətə) Ankaraya aparırsınız, ayıbdır eyy...O da sizi biabır edirki büdcəni dağıdırsınız. Heç bilirsiz bizdə büdcəni dağıdanları neyləyirlər? (Hərbə-zorba gəlirəm.Sizə sirr açım ki heç nə etmirlər, əgər ala bilsələr yığdıqlarının 70-80%-ni alıb rahat buraxırlar.Onlar da qalan 20-30%-lə kef eləyirlər).

EJDER 2018-12-03 20:36:21

EWWI BIRLIKDE WEKIL CEDIRMISINIZ,HAY HUY SALMA,RAZILAWIN GETSIN...AMMA O ,MUSANIN AYAQQABILERI ,HESAB EDIREM KI,LAP GULMELIDI,OZU KIMI.NESE MUSA YAXWI INKIWAF ELEMIR...

Pisi 2018-12-03 20:36:21

Rauf Arifogluna deyesen hecne vermiyib Ferhad Memmedov.Zalim oglu bilmirsenki Rauf dedeye bir qepikde vermiyende bele olacaq.Hormetli Rauf Arifoglu dovletin budcesi tek burda talanir goresen harda talandigini budce pullarinin hara getdiyini sen bizdende yaxsi bilirsen birazda oralardan yaz eger ureyin varsa

Müfəttiş 2018-12-03 20:36:21

Aldığı medalın əvəzini ödəmək istəyir, anlamır ki o bilənləri xalq ondan da yaxşı anlayır.....

sual 2018-12-03 20:36:21

Ferhad onu adam saymir ki. cavab da vermit basqa cur olurmu ya

Son yazılar