Ukrayna Rusiya ilə dostluq müqaviləsinin fəaliyyətini dayandırır

«AzPolitika.info»-nun Ukrayna KİV-nə istinadla verdiyi xəbərə görə, Prezident Pyotr Poroşenko «Rusiya ilə dostluq, əməkdaşlıq və həmkarlıq barədə müqavilə»nin fəaliyyətinin dayandırılmasını nəzərdə tutan qanun layihəsini Ali Radaya təqdim edib. Bu barədə parlamentin saytında məlumat verilir. Amma hələlik layihənin mətni Radanın saytında dərc olunmayıb.

Hələ sentyabr ayında Poroşenko bir fərman imzalayıb. Prezident bu sənədlə Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının (MTMŞ) «Rusiya Federasiyası ilə dostluq» barədə sazişin fəaliyyətinin dayandırılması haqqında qərarını hərəkətə gətirib və Ukrayna XİN müqavilənin uzadılmayacağı barədə tezliklə Rusiyaya nota göndərib.

Ukrayna və Rusiya Federasiyası arasında sözügedən müqavilə 31 may 1997-ci ild imzalanıb. Əgər tərəflərdən biri onun əleyhinə çıxmadığı halda, müqavilənin fəaliyyət müddətinin hər 10 ildən bir uzadılması nəzərdə tutulurdu.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar