İran OPEC-dən çıxmaq fikrində deyil

İran Neft İxracatçısı Ölkələri Təşkilatı (OPEC) üzvlüyündən çıxmaq niyyətində deyil, amma hasilatın azaldılmasında da iştirak etməyi düşünmür.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu “Bloomberg”ə açıqlamasında ölkənin OPEC-dəki daimi nümayəndəsi Hüseyn Kazımpur Ərdəbili bildirib. O, OPEC+ formatı daxilində hasilatın azaldılmasını müsbət qiymətləndirib.

“Əlbəttə İran hasilatı azaltmayacaq. Təbii ki, bunu İrandan xahiş edən yoxdur, çünki mövqeyimiz aydındır: ABŞ bizə qarşı sanksiyalar tətbiq etdiyindən neft hasilatını azaltmaq fikrində deyilik” – deyə iranlı diplomat vurğulayıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar