Ankarada partlayış olub, xəsarət alanlar var

Türkiyənin paytaxtı Ankara şəhərində partlayış baş verib. "Report" bu ölkənin mətbuatına istinadən xəbər verir ki, hadisə şəhərdə fəaliyyət göstərən kafelərdən birində qeydə alınıb.

Partlayışa qaz sızması səbəb olub. Hadisə zamanı 7 nəfər xəsarət alıb. Əraziyə çoxlu sayda təcili tibbi yardım maşını, yanğınsöndürənlər və hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb edilib. Xəsarət alanlardan 3-ünə hadisə yerində tibbi yardım göstərilib, digər 4 nəfər isə yaxınlıqdakı xəstəxanalara yerləşdirilib.

Partlayışdan sonra kafedə yanğın baş verib. Lakin əraziyə cəlb edilən yanğınsöndürənlər alovun qarşısını alıblar. 

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar