Çin sakini 15 ildir xəstə anasını belində gəzdirir

Çində bir gənc iflic olmuş anasını 15 ildir belində gəzdirir.Bu barədə "Report" TV "Peope"yə istinadən xəbər verir. Bildirilir ki, ailə başçısı 2003-cü ildə vəfat edib. 22 yaşlı gənc yerimə qabiliyyətini itirmiş anasına özü qayğı göstərməli olub. Qadın xəstəliyi ilə əlaqədar avtomobilə minə bilmir. Buna görə də oğlu onu belində gəzdirmək məcburiyyəti ilə üzləşib.

Gənc müxtəlif şəhərləri gəzərək, pul qazanmağa çalışıb. O, 2015-ci ildə tikiş fabrikində işə düzəlib. Lakin fabrik yarım il sonra bağlanıb. Ana və oğlu sonda doğma kəndə qayıdıblar. Sakinlər burada onları iş və evlə təmin ediblər.

635x100

Şərhlər

t.ədalət 2018-12-03 22:51:29

Fədakarlığın zirvəsi!Valideynlər üçün özünü borclu saymaq,onların istəyinə qul olmaq,ancaq Allahın sevdiyi insanlara nəsib olur.Elə bilirəm ki,bu gəncin fədakarlığı sonda onu bütpərəstlikdən ayırıb mömünlərin və xeyrxahların mükafatı olan cənnətə qovuşduracaq.Allaha itaətin birincisi elə valideynlərə məhəbbətdir.

Əsəd 2018-12-03 22:51:29

Əsli insanlıq nümunəsi. Buda ALLAH-sız çinlinin hərəkəti.

Son yazılar