“BELƏ TƏRBİYƏSİZLİYİN CAVABI ÇOX SƏRT OLUR…” - “Mirşahin ölkəni söyənlərin reytinqini artırır”

“Mirşahinin Sevinc Osmanqızı haqda canlı yayımda dediyi sözlər məndə şok yaratdı. Bu cür müdafiə hakimiyyətin özünə qəti hörmət gətirmir”.

“AzPolitika.info”nun məlumatına görə, bunları Müdafiə Nazirliyi mətbuat xidmətinin sabiq rəisi Eldar Sabiroğlu Real.tv-nin rəhbəri Mirşahin Ağayevin növbəti dəfə canlı yayımda jurnalist Sevinc Osmanqızını nalayiq sözlərlə təhqir etməsinə münasibət bildirərkən deyib.

Mirşahin ötən bazar günü “Mirşahinin vaxtı” adlı müəllif verilişində S.Osmanqızını təhqir edib. Onun artıq adət halını alan bu hərəkəti 2 gündür sosial şəbəkələrdə müzakirə mövzusudur. Daha doğrusu, minlərlə sosial şəbəkə istifadəçi cavab olaraq Mirşahinin ünvanına ən ağır formada təhqirlər yağdırır. Əksəriyyət isə sadəcə olaraq akademik Cəlal Əliyevin Milli Məclisdəki məşhur çıxışını paylaşmaqla bunu mərhum akademikin dilindən edir.

Mirşahin isə aylardır buna dözür və geri çəkilmir, minlərlə insanın təhqirinə məruz qalacağını bilsə də, efirdə söyüş söyməkdən, özünə qarşı ictimai nifrəti hər dəfə yenidən körükləməkdən imtina etmir. Adam, sanki, söyməkdən və söyülməkdən həzz almağa başlayıb...

Ötən bazar günü bütün cizgiləri tapdalaması isə hökumətin tərəfdarlarını belə qəzəbləndirib. Açıq şəkildə hökumətyönlü mövqeyi ilə seçilən insanlar Mirşahinə etiraz ediblər. Onların fikrincə, hökumətin belə müdafiəyə ehtiyacı yoxdur. Nədən ki, Mirşahinin söydüyü adamların cəmiyyət arasındakı hörməti daha da artır.

“Belə tərbiyəsizliyin cavabı çox sərt olur”

Bu fikri müdafiə edənlərdən biri də Eldar Sabiroğludur. Onun fikrincə, Mirşahin bütün sərhədləri aşır, tərbiyəsizlik edir: “Osmanqızının verilişlərinə irad tutmaq, kəskin tənqidin hədəfinə çevirmək mümkündür və burada heç bir qəbahət görmürəm. Ancaq bütün əxlaqi, mənəvi hədləri tapdalayaraq bir xanımın namus və şərəfini alçaltmaq, özü də bunu ekrandan birbaşa evlərə püskürmək kişilikdən deyil! Biz azərbaycanlıyıq və özünəməxsus adət-ənənələrimiz var. Belə tərbiyəsizliyin cavabı çox sərt olur. “Real”çı baş redaktor bu hərəkəti ilə hakimiyyətin özünə ziyan vurmuşdur. Sosial şəbəkələrdə bəzi tanış imzalara rast gəldim, hansı ki, onlar həmişə iqtidarın mövqeyində durublar, indi tənqid edirlər. “Real”çıya isə söyüşün biri bir köpüyədir. Bu kimə lazım idimi?!”

“Mirşahinin söyüşləri ölkəni söyənlərin reytinqini xeyli artırır”

Tanınmış təhsil eksperti Etibar Əliyev də Mirşahini hədəfə götürüb. O da hesab edir ki, Mirşahinin söydüyü insanların reytinqi yüksəlir. E.Əliyev yazır: “Söyüşə söyüşlə cavab verməzlər. Söyüş söyənə fikir verməsən bir müddətdən sonra özü-özündən iyrənəcək. Ya da, onları ağıllı, təmkinli söhbətlərlə utandırmalısan. Ölkəni tərk edib Avropada sığınan və söyüş söyənlərə ölkədə heç kimin rəğbəti yoxdur. Mən hələ indiyə qədər onların heç birinə baxmamışam. Hətta, onları tənqid edən məqalə ilə də çıxış etmişəm. Onlara youtube-də həvəskarlar baxırlar. Bir də var hamımızın evinin içinə yerləşmiş ölkənin efir məkanı. Onlardan birinin rəhbəri olan Mirşahinin dünənki söyüşlərini izlədim. Mənim az yaşım yoxdur və müəyyən dünyagörüşünə sahibəm. Mirşahinin söyüşləri ölkəni söyənlərin reytinqini xeyli artırır. Adam deyir ki, müəlliməm. Yaxşı, jurnalistika fakültəsinə daxil olan gənclər buna baxıb nə öyrənsinlər? Şəxsən mənim o fakültədə oxuyan övladım olsa, ona Mirşahinə baxmağı qadağan edərəm. Nuşirəvan müəllim (MTRŞ rəhbəri Nuşirəvan Məhərrəmli-red.) deyəsən məzuniyyətdədir. Daha irad-filan tutub eləmir. Ay Nuşirəvan müəllim, heç olmasa Mirşahinin verilişinin bir küncünə “18+” yazdırın. Bunun özü də islahat sayıla bilər.

P.S. Mirşahin ekspertlərə “pert” adını qoydu. Onları da aşağıladı. Ekspert (latınca, ekspertus- “təcrübəli” ) mənasını veririr. Gələcəkdə Mirşahin də “pert” ola bilər…”

Onlarla digər tanınmış sima da Mirşahini beləcə yerdən-yerə vurub. Lakin çətin ki, bunun bir nəticəsi olsun…

Vaqif NƏSİBOV

AzPolitika.info

635x100

Şərhlər

ahmad 2018-12-04 10:14:16

Maraqlidir gorasan mirsahin .... harada qorub/?yaqin ..... xabar verib

Oxucu 2018-12-04 10:14:16

Çox vaxt insanın fizionomiyasına baxıb onun necə bir əqidə sahibi olduğunu təyin etmək olur. Bu ipinin üstünə odun yığılası adam deyil. Sabah indiki iqtidarın problemi olsa ona birinci baltanı bu Mirşahin vurar.(bu adama nə Mir nə də Şahin sözü yaraşmır, buna mur .... sözləri yaraşır).İnsanın üzündən... yağır. Yaxşı pul verən olsa xaricə köçüb indiki iqtidarı Orduxandan pis söyər.

vidadi 2018-12-04 10:14:16

bu duduyun boyuduyu sherait onu bu cur .... etmeye oyrencli edib oyrenen ..

Mirşahin-ə 2018-12-04 10:14:16

Bir şeyə təəssüf edirəm. Heyif başda Ləman Əşrəfqıqı olmaqla digər jurnalistlərə ki onlar sənin kimi layiqsiz adamın ərtafındadırlar. Mən belə baxıram ki sənin ayıblarını elə ANS yəni Vahid Mustafayev örtürdü. İndi isə Vahid Mustafayev yoxdur ayıblar da üzə çıxır. Yazıqlar olsun sənə...

miri 2018-12-04 10:14:16

Mən mediada bundan iyrənc, şərəfsiz, bütün pis söyüşlər yaraşan başqa birisini xatırlamıram. Vaxtilə o Parapet .... ki var idi, onlar da bundan abırlı idi.

Semed 2018-12-04 10:14:16

ALLAH hormetli akademik CELAL ELIYEVE qeni qeni rehmet elesin

Üsyan 2018-12-04 10:14:16

Mirşahin, neye üsyan etdiyini başa düşürem. Üstüne her terefden gelen söyüşlere baxmayaraq, heç kime cavab vermeden davam edirsen. Mence dur, xeyiri yoxdur

Murad 2018-12-04 10:14:16

Xoruza oxwamaq ucun toyuq girdi min dona. Lakin yumurtlamayan toyuq dediler ona (Allah seni rehmet elesin ELIEV CELAL)

buzlaq 2018-12-04 10:14:16

Mir-lər qənim olmuş elə bilir ki, sabunlanıb girməklə (girib lap orada otursan da) sənin kimilər Sevinc xanımın heç ayağının tozu da ola bilməz!! Səni hələlik bu Yapon İmperatorları müdafiə etsələr də (bu gün), sənin uşaqlarına ....... uşaqları deyiləcəkdir! Tak şto özünü havayı cırma, sirkə nə qədər tünd olsa öz qabını çatladar!!

Sahib 2018-12-04 10:14:16

Çox düşündüm ki, niyə bu .... onun bunun məhz alt paltarinı qurdalamaqla məşguldur?!Sonda bir nəticəyə gəldim:AXI ...... İNFEKSİYALARININ MÖVCUD OLDUGU VƏ YA İNKİŞAF ETMƏSİ ÜÇÜN MÜNBİT OLAN YERLƏRİ SEVİR AXI.Yəni ....

hellas 2018-12-04 10:14:16

Bıyy, ədə sən də kişi oldun!!! Cəlal əmi sənə nə demişdi,.... Ona cavab verə bilmirdin, o rəhmətə gedib deyi yoxsa özünü səndə ... hıyyyy!!!!!!!!!!!!

Ayzek 2018-12-04 10:14:16

mirşahin Prezidentə "ayı" xidməti göstərir.bu kəs guya ki Prezidentin qeydinə qalıb onu təhqir edənləri aşağılayır,halbuki onun hər çıxışından sonra özü də söyülür və... səbəb olur.Bunu fikirləşən var?

Oqtay 2018-12-04 10:14:16

Siz nə istəyirsiniz bilinmir .Yazıq pislik eləmir o boyda akademik buna ad qoyub Mirf...şə bu calışır ki akademikim sözü düz çıxsın

oxucu 2018-12-04 10:14:16

"VƏTƏNİ SEVMƏK VƏTƏN HAQQINDA HƏQİQƏTİ DEMƏKDİR".

ebulfez 2018-12-04 10:14:16

Mirshahin sadece olaraq guya dovleti mudafie etmek adi ile dovleti biyabir edir bunulada ANS-in baglanma acigini dovletden cixir.Televziya shurasi onun haqqinda tedbir gormelidir.Azerbaycan dovletinin mirshahin kimilerinin mudafiesine ehtiyaci yoxdur.

oxucu 2018-12-04 10:14:16

nəyinsə xatirinə mirşahinsayağı mübarizə aparmaz, əgər bu davranışa mübarizə demək mümkünsə. mirşahinin davranışının bir adı var, ləyaqətsizlik!!! Jurnalistikada diletant olan bir çoxlarına görə mirşahin jurnalistikada "as"dır. Biz də sadəcə, bir oxucu kimi öz tərəfimizdən bildiririk ki, yurnalistikada "as"lıq nə cümləpərdazlıq, nə də "sənsizləşdikcə mənsizləşirəm" fəlsəfəsi, nə də saxta vətən və dövlətsevərlik deyildir. Sonda İvan Bunindən mirşahin kimi saxta dövlət və xalq sevənlərə kiçik bir

analitik 2018-12-04 10:14:16

bilməyən və buna görə də vaxtılə işdən qovulan qadın haqda sosial şəbəkələrdə gülüş doğuran video var. Elə digər iş yoldaşlarımın yanındaca ona bildirdim ki, bu məlumat mənim üçün maraqlı deyil. Ona görə ki, vaxtılə o qadınla ciddi mübahisəm olmuşdu. İndi isə onun barəsində gedən məlumatlardan sevinmək normal insana yaraşmaz. Özümlə bağlı olan bu faktı qeyd etdiyimə görə üzr istəyirəm, bunu başqa istiqamətə yozmayın, sadəcə demək istəyirəm ki, ləyaqəti olan şəxs

analitik 2018-12-04 10:14:16

bizim sürətlə hansı analoqsuz zülmətə sürükləndiyimizin fərqindəsinizmi ay Koroğlunun, Babəkin, Nəbinin və bilim kimlərin nəvələri? Güman edirəm məni ifrata varmaqda suçlamazsınız, biz sanki bütün mənəvi sərhədləri tapdayıb keçmişik. Görəsən ictimai-mənəvi miqyasda bakirəliyini, toxunulmazlığını saxlayan elə bir dəyərimiz qalıbmı? Tam səmimi deyirəm,bu günlərdə iş yerimdə işçilərdən biri mənə hövlank bir tərzdə xəbər verdiki keçmiş iş yoldaşımız olan və kollektivdə özünü normal apara

Zaza dayı 2018-12-04 10:14:16

Meni bir şey düşündürür, göresen Mirşahin beledirse bundan ... Dehşet burasıdır!

analitik 2018-12-04 10:14:16

Müəyyən dairələr tərəfindən stimullaşdırılan mirşahinin davranışları normal insanda bu hakimiyyətə və elə onun özünə qarşı ikrah yaradır. Görün bu cəmiyyət nə günə salınıb. Elə ona görə də orta statistik azərbaycanlı bir-birinə nifrət edir. Belə iyrənclikləri görəndə bu cəmiyyətə nifrət etməyə bilmirsən. SSRİnin süqutu ərəfəsində insanlar arasında meydana çıxan mənəvi-psixoloji olayları, mirşahin kimilərə qarşı qisas hisslərinin necə kəskinləşdiyinin canlı şahidiyəm. Bu şeyləri düşünündə

BAKILI 2018-12-04 10:14:16

Sen ki Tolike ele qiymet vermisen dogurdanda .....sevilmelidir Allah akademike renmet elesin Sen .... Qsmankizinin ayaginin tozu ola bilmezsizl

vetendas 2018-12-04 10:14:16

ALLAH hormetli akademik Celal Eliyeve rehmet elesin.

murad 2018-12-04 10:14:16

ŞAHİN GÖRƏSƏN SƏN BU DEYYİLƏNLƏRİ OXUYURSAN YA YOX. BU QEDER DEYİLƏNLƏRDƏN SONRA GEREG SEN HEÇ VAXT YARDIMLIYA GETMEYESEN. RAYONUMUZDAN KİFAYYET QEDER LƏYAQƏTLİ VƏ ŞƏRƏFLİ İNSANLAR YETİŞİB SƏNİN KİMİSİNƏ BƏRABƏR OLANNINI GORMEMİŞİK. YEQİNKİ SƏN BİRİNCİ VƏ İNŞALLAH AXIRINCISI OLARSAN.ALLAH XATİRİNE AĞZINI YUM DANIŞMA UTANDIRMA BİZLƏRİ. SƏN DANIŞMAYANDA AĞZINI QAPADANDA İNDİKİNDEƏN DAHA AĞILLI GÖRSƏNİRSƏN.

Əli 2018-12-04 10:14:16

Eslinde burada teeccüblü bir şey yoxdur. Bir defe çirkaba batan adam üçün sonrakı çirkab şerbet kimidir. İndi bizim bu "mir"imiz də şerbet içinde kef edir. Yazıqlar olsun Allah rehmet etsin mirşahine.

Asif 2018-12-04 10:14:16

RƏHMƏTLİK CƏLAL ƏLİYEV ONA KİMLİK VERDİ.

Gülağa 2018-12-04 10:14:16

Mirşahin sən S.Osmanqızı kimi əqidəli, öz mövqeyi olan bir jurnalist heç vaxt ola bilməyəcəksən.Olsa-olsa rəhmətlik akademikin sənə qoyduğu ada layiq olmağa çalışacaqsan.İqtidarlar tarix boyu senin kimi “pert”-dən istifadə edib və lazım olmyanda lazımsız bir əşya kimi silib atıblar.Bu mövqeyinlə sən özün demişkən insanlara daha çox "ananı bacını sevdirirsən".Yuxarıdakı şərhləri yazanlar xalqın sadə nümayəndələridir və bu şərhlərin içərisinə sənin haqqında bir kəlmə də müsbət fikir söylənilməyib.Məncə sənin ki ya həkimlikdir, ya da mollalıq.

talis 2018-12-04 10:14:16

dovrumuzun esl uzudur ki var milletinde leyaxi ele binin kimileridir

CƏLAL ƏLİYEV DEMİŞDİR: 2018-12-04 10:14:16

MİRŞAHİN ÖZÜ BİLİR...

Vətəndaş 2018-12-04 10:14:16

Mətbuatı,tele və radio efiri belə özbaşına buraxmaq ölkənin imicinə bir başa zərbədir.İndi peyklər vasitəsilə efir dünyaya yayıla bildiyindən bu işlərdə xüsusi nəzarət institutu qurulmalıdır.MTRŞ bu vəzifənin öhdəsindən gələ bilmir və ya istəmir.Bu sahəni özbaşına braxmaq olmaz.Mütləq senzura tıtbiq olunmalıdır.Yoxsa Mirşahin kimilər ekranlara çıxıb ölkədə bazar açacaqlar.Bu isə ölkə üçün yol verilməzdir.

Alim 2018-12-04 10:14:16

Vekil 2018-12-04 10:14:16

Ramiz müəllim 2018-12-04 10:14:16

Mirşahinin alt paltarından danışnmassınada təəcüblü nəsə yoxdu. Xisləti belədir. Ancaq diqqətdən yayınıb ki, Aynur Camalqızı da bunu tirajladı. Heç utanmadımı.....Heç kim unutmasın ki, bir qadını səviyyəsiz şəkildə aşalamağı vicdanı, namusu olan kimsə qəbul etməz.........

Adil 2018-12-04 10:14:16

Bir dəfə tərbiyəsiz birinə irad bildirdim.Bu da leksikonunda nə əcaib söyüş vardı vitrinə düzdü.Hamı dogru olaraq məni qınadı və dedilər ki, sən ona hətta ən agır söyüş söysəydin ona ləzzət edəcəkdi ki,"GÖRÜN MƏNİ KİM SÖYÜR".Amma hamını onun tərbiyəsizliyini yox sənin söyülməyin şoka salıb.Mirşahin qəsdən bu söyüş ritorikasını qızışdırır və hakimiyyətdəkiləri xarıcdıkilərin dili ilə söydürməyə çalışır.Cəlal Əliyevin ona söydüyünü bu yolla qaytarmaq istəyiır.....

cəngərlik sakini 2018-12-04 10:14:16

İNSAN ÖZÜNÜ DÜNYAMALINA GÜRƏ BU DƏRƏCƏDƏ ALÇALDARMI????

İRADƏ 2018-12-04 10:14:16

Mirşahin fizanomiyasından başqa nəyi varsa satıb.Qadın ,uşaq bilmədən tərbiyəsiz davranışlarıyla iyrənc bir ideyanın əsasını qoyur.Ona studiyanı yaradanlar bunu fikirləşsə yaxşıdır...

Alı 2018-12-04 10:14:16

Mirşahinin bu iqtidara həmişə və elə indinin özündə də POTOLOJİ NİFRƏTİ olub.Amma o bu nifrəti şəraitdən asılı olaraq bəzən açıq şəkildə adi günlərdə isə çox incəliklə həyata keçirir.Əgər onun arxivlərinə diqqətlə baxsanız bunu görəcəksiniz.Bəziləri bunu anlamır və ya özlərini elə göstərirlər.İnsanlar Mirşahinin söyüşlərinin hakimiyyətin tapşırıgı kimi qəbul edir və bu ona qarşı nifrətə, Cəlal Əliyevə ürəkdən gələn AKADEMİK bir RƏHMƏTƏ səbəb olur.

G M 2018-12-04 10:14:16

Mirçahin bu gününü qurban verib,gələcəyinə tüpürən birisidir.Lakin,onun bu cansız və ləyaqətsiz hərəkətlərinin arxasındakı (hələki) görünməz.... Söyüş və təhqirlə idyoloji mübarizə olmur.``Onun`` qabiliyəti isə ancaq buna çatır ki,Avropadan Azərbaycana söyüş ``yağır``.

cəngərlik sakini 2018-12-04 10:14:16

BƏLKƏ DƏ QAYTARDILAR!!! ... SƏNƏ QASIĞIDA ARTIQ BİLDİLƏR.ARTIQ ...

Rafail 2018-12-04 10:14:16

Məncə belə insanlar ümumən nəinki, efir məkanına, hətta bütün KİV vasitələrinə yaxın buraxılmamalıdır. Allah Sizə rəhmət eləsin Rafiq müəllim Hüseynov (görkəmli diktorumuz). Dəyər verin insanlara və insanlığa. "İnsanları sev və sevdiyini de, hiss etmək əqlin yarısıdır!"

imanxan 2018-12-04 10:14:16

Şahin kənddə qohumu olan ..... Şahinin əxlaqı, şərəf ölçüsü budur! Niyə mirsiz Şahin? Şahinin kökü köçəri ərəb tayfalarındandır, heç seyidlərə aidiyatı da yoxdur.Sadəcə Yardımlının seyidlər kəndi Perinbel deyilən kəndə düşüblər....

Rəfaelə əlavə 2018-12-04 10:14:16

Mirşahini söyməyin.danlamağın nə mənası var. Bu adamcığaz budur!Düzələn deyil.Təqsir onu efir məkanına çıxaranlardadır. Elə onların da səiyyəsi Mirşahin qədərdir.Azərbaycanda onun və digər kanalların xəbərlərinə baxan qalıb ki? Kanallar bir-birini təkrarlayır.Səviyyəsiz verilişlər.seriallar və boş təriflər.MTRŞ isə yarıtmaz bir quruma çevvrilib.Mirşahinin qiymətini C.Əliyev zamanlnda verib.

t.ədalət 2018-12-04 10:14:16

Mirşahinin hərəkətləri xaricdəki söyüşçüləri hakimiyyətə qarşı səfərbər edir.Mirşahin unutmamalıdır ki,əməllərindən nəticə çıxarmayanlar sonda zəlil olurlar.Mirşahin əlinə götürdüyü tütəyi,gərək ehtiyatla çalsın .Onu izləmirlər və hətta söyürlər.Mirşahinin fikirləri vaxtdan irəli gedə bilmir.Metro Tağı demişkən,çıxışları"burcutma sözlərdən" ibarət olduğuna görə tamaşaçını zinhara gətirir.Tək Mirşahin yox,iftira,söyüş və fırıldaq piryomlarından istifadə edənlərin hamısının tərbiyə dərsinə ehtiyacı var..

Sus 2018-12-04 10:14:16

Mirşahin ən .....təhqirlərə layiq .....

miri 2018-12-04 10:14:16

... it hürər karvan keçər

saxavat Mikayilov 2018-12-04 10:14:16

Sevinc Osmanqizi chox savadli jurnalistdir Mirsiz shahin neylesin, gerek ki, kimise qehqir etsin ki, .... payi alsin. Allah sene rehmet elesi Calal Aliyev ve ehsin senin MM-de qurdugun cumlelere Hayat davam edie,,

Dr.AGAOGLU 2018-12-04 10:14:16

Görünür Mirşahin özü haqqında Cəlal müellimin dediklerini həqiqət kimi qəbul etdiyindən təmiz-sağlam insanlarıda şərləyərək o sahədə tək olmadığını göstərmək istəyir. Bu adamın əsəbləri pozulub və müayinədən keçmək ehtiyacı var.Görünür rəsmi Bakı da onun aglını tam itirib küçələrə düşməsində maraqlıdır.Hər-halda jurnalistdir,dəyərli işləridə az olmayıb, onun bugünə düşməsinə sevinmək lazım deyil.

sual 2018-12-04 10:14:16

Bunu yeniden efire qaytariblar ki ureyi de buna qarsi demedikleri soyusleri basa catdirsinlar yoxsa bu Celal kisi demisken neye lazimdit ki ya

Bashirov Qarib 2018-12-04 10:14:16

Mirşahin açıqca numayiş etdirir ki,onun çörəyi başqasını söyməkdən və bunun muqabilində yayımlanan cavab söyuşlərindən çıxır.Mirşahini çox adam söydu,deməli çox da pul qazandırdı.Xususən, V.İsgəndərlinin çıxışı,Mirşahinə bir illik ruzisini qazanmasına yardım etdi.

Son yazılar