Qurdlanmış toyuq əti Bakıdakı marketlərdən yığışdırılıb - FOTO

"SƏBA" Açıq Səhmdar Cəmiyyətinın quşçuluq təsərrüfatlarında yetişdirilib satışa çıxarılan toyuq ətinin bir hissəsi Bakıdakı marketlərdən yığışdırılıb. "AzPolitika.info"ya daxil olan məlumatda bunun səbəb kimi, “Səba” markalı toyuq ətlərinin qurdalanmış olması göstərilib.

Qeyd olunur ki, istehlakçıların bu barədə etiraz və xəbərdarlığından sonra məhsul mağazalardan, o cümlədən iri supermarketlərdən yığışdırılıb və araşdırma başlayıb. Toyuq ətinin qurdlandığı öz təsdiqini tapsa da, bunun səbəbini təyin etmək mümkün olmayıb. 

Məlumatı dəqiqləşdirmək üçün "AzPolitika"ya təqdim olunmuş fotosübutla birlikdə “Səba”nın Baş ofisinə yazılı sorğu ünvanlasaq da, 3 gün ərzində cavab verilmədi.

Xatırladaq ki, ekspertlər dəfələrlə Azərbaycanda bəzi quşçuluq təsərrüfatlarında yetişdirilən toyuq ətinin insan sağlamlığı üçün təhlükəli ola biləcəyinə dair

Belə ki, “Səba” ASC toyuqlar üçün xaricdən alınan yemin çox baha başa gəldiyini nəzərə alaraq “Monsanto” şirkətinin hibrit qarğıdalı sortunun yetişdirilməsinə başlayıb. Məlumata görə, ABŞ-ın “Monsanto” şirkətinin hibrit qarğıdalı sortu “Səba” istehsalat müəssisəsinin sifarişi əsasında “Qarabağ-taxıl” MMC tərəfindən əkilib. “Səba” şirkətinin bu layihəsinin maliyyələşdirilməsi üçün Sahibkarlığa Kömək Milli Fondundan 5 milyon manat güzəştli kredit ayrılıb.

Məsələnin narahatlıq doğuran tərəfi isə odur ki, ABŞ-ın “Monsanto” şirkəti dünyada genetik modifikasiya olunmuş (GMO) məhsulların əsas istehsalçısı kimi tanınıb. Bu şirkətin hazırda dünyanın 71 ölkəsində, o cümlədən də region ölkələrində - Rusiya, Türkiyə, Qazaxıstan, Özbəkistan, Ukrayna və Belarusda nümayəndəlikləri fəaliyyət göstərir. Ölkəmizdə “Monsanto” şirkətinin fəaliyyət göstərməməsinə əsas səbəb kimi Azərbaycana GMO-lu məhsulların gətirilməsinin qadağan edilməsi göstərilir. Ekspertlər “Səba” şirkətini bu məhsulu başqa ad altında ölkəyə gətirməkdə itiham ediblər.

Qeyd edək ki, “Səba” İstehsalat Birliyinin nümayəndəsi istehsal etdikləri qarğıdalıların GMO tərkibli olmadığını iddia edib. Ancaq şirkətin məhsulları ilə bağlı yayılan son məlumatlar, istər-istəməz ekspertlərin narahatçılığını yada salır. 

635x100

Şərhlər

TARİX 2019-01-28 22:56:30

ALLAHIN LƏNƏTİ OLSUN O İNSANLARA Kİ,XALQINA XƏYANƏT EDİR.BELƏ İNSANLAR DÜŞMƏNDƏN DƏ QORXULUDURLAR.QİDA TƏHLÜKƏSİZLİYİ AGENTLİYİ HARA BAXIR?... SATIŞDA OLAN ƏRZAQLARIN ƏKSƏRİYYƏTİ NORMALARA CAVAB VERMİR.ƏSASƏN DƏ YAĞ VƏ SÜD MƏHSULLARI.

EJDER 2019-01-28 22:56:30

ANALOQU OLMAYAN INKIWAFIMIZI QUUURDDD BASIB...ERZAQ ALANDA EHTIYYATLI OLUN...BU XARABADA KIMKIMEDI,IT YESINI TANIMIR,LUKAWENKO CANI

Son yazılar