“AZƏRBAYCANDA ELƏ TERROR AKTLARI TÖRƏDİLƏRDİ Kİ...” – Namazovdan 20 il əvvəlki istefası haqda ŞOK açıqlamalar

“İstefam da Azərbaycana çox böyük təhlükə olan prosesin qarşısını almaq xarakteri daşıyırdı. Azərbaycanda elə terror aktları törədilərdi ki...”

“AzPolitika.info”nun məlumatına görə, bunları Prezident katibliyinin sabiq rəhbəri, Prezidentin eks-köməkçisi (1993-1999-cu illərdə) Eldar Namazov “Modern.az” saytına geniş müsahibəsində 1999-cu ildəki istefası ilə bağlı sualı cavablandırarkən deyib.

E.Namazov çox güman ilk dəfə bildirib ki, onun, xarici işlər naziri Tofiq Zülfüqarovun və dövlət müşaviri Vəfa Quluzadənin istefası Azərbaycanda “qanlı hadisələrin” qarşısını alıb.

“Əslində mən iki dəfə istefa ərizəmi yazmışam. Birinci dəfə real istefamdan təxmini bir il əvvəl olmuşdu. Onda Qarabağ məsələsi ilə bağlı deyildi. O zaman istefam reallaşmadı, çünki o zaman prezident ağır xəstələndi. Gülhanəyə getdi, müalicə olundu, sonra Kremlə yola düşdü. Onda mən niyyətimi bildirə, istefa ərizəmi təqdim edə bilməzdim, çünki xəstə idi. Gözləyirdim ki, müalicəsi bitsin, tam bərpa olunub işə başlasın. Elə də oldu. Uzun müalicədən sonra Heydər Əliyev Bakıya qayıtdı. Əvvəlki kimi mən də bütün vəzifələrimi yerinə yetirirdim. Tam bərpa olunandan sonra Qarabağla bağlı məqamlar yetişdi. O zaman tək mən deyil, rəhmətlik Vəfa Quluzadə, Tofiq Zülfüqarov da istefa verdik. O istefam da Azərbaycana çox böyük təhlükə olan prosesin qarşısını almaq xarakteri daşıyırdı. Onda bizim istefamızdan bir müddət sonra İstanbulda ATƏT-in sammiti keçirildi. Sammitin qərarlarında var ki, burada Qarabağla bağlı bəzi məqamlar həll edilməli idi. Azərbaycanda üç vəzifəli şəxsin istefa verməsi və İrəvanda parlamentdə güllələnmə hadisəsi bunun qarşısını aldı. Həmin təhlükəli proseslərlə bağlı iki hadisə baş verdi. Azərbaycanda könüllü şəkildə 3 vəzifəli şəxs istefaya getdi. Ermənistanda isə Robert Koçaryandan savayı bütün ölkə rəhbərliyini qırdılar. Hadisələr elə inkişaf edə bilərdi ki, əksinə ola bilərdi. Azərbaycanda elə terror aktları törədilərdi ki... Şəxsən mən hesab edirəm ki, vəzifə, kürsü çox xırda məsələdir. Dövlət üçün təhlükəli olan prosesin qarşısı alınıbsa, kiminsə vəzifəsi kimi nüanslar çox xırda məsələdir. Hesab edirəm ki, biz həmin vəziyyətdən çox az itkilərlə çıxdıq”, - E.Namazov danışıb.

Prezident katibliyinin sabiq rəhbəri bildirib ki, istefasından sonar Heydər Əliyevdən daha yüksək vəzifə təklifləri də alıb, lakin razılaşmayıb: “Bundan sonra Heydər Əliyev mənə təklif göndərdi ki, vəzifəyə qayıdım. Hətta daha böyük vəzifə təklif olundu. Müxtəlif obyektiv və subyektiv səbəblər var idi. Bildirdim ki, artıq vəzifədən getmişəm, ictimai fəliyyətə öyrənmişəm və bu yolda addımlamaq istəyirəm. Tofiq Zülfüqarov dəvət oundu və səfir kimi fəaliyyətinə davam etdi. Heydər Əliyev tədbirlərdə görəndə, jurnalistlər qarşısında da sual verirdi ki, niyə getdin?”

E.Namazov xatırladıb ki, onların istefası ATƏT-in İstanbul sammitinin qərarlarında öz əksini tapıb: “Əgər xarici siyasətlə bağlı olan 3 adam dalbadal istefaya gedirsə, o istefalar ATƏT-in sammitinin qərarlarında vacib amil kimi qeyd olunursa, deməli burada ciddi səbəblər var. Elə məsələlər var ki, bunlar dövlətçiliklə bağlıdır. Ona görə, dediyim kimi, siyasətçilər və dövlətçilər var. Siyasətçilər belə bir fürsətdən istifadə edib, qalmaqallı müsahibələr, “informasiya bombaları” “partlatmaq” və s. edə bilərdi. Amma bizim yanaşmamız dövlətin maraqları olduğuna görə, elə addım atdıq. Biz millət olaraq, dövlət olaraq, çox az itkilərlə vəziyyətdən çıxa bildik”.

Vaqif NƏSİBOV

AzPolitika.info

635x100

Şərhlər

o.b.n 2018-12-04 13:22:40

Bir də ölkədə terror təhlükəsi olanda istefa vermirlər bəy,komanda yumuruq kimi birləşir.

Bəhram Qarabaglı 2018-12-04 13:22:40

Siуasəт əslində уalnız mümkün əks gedişləri üтsələməkdir. Bu işdə Azərbaуcan Hakimiууəтləri və XALQı üzərində "qələbə"lər hədsizdir. Adi тerrorçu ilə mübarizədə isə məglubiууəтlər sonsuzdur? Xəуalınızca qarşısını aldıgınız тəhlükədən Azərbaуcanı həmin dovrdə 18 okтуabr, Verтolуoтu vurma, qanlı 20 Уanvar və hərbi Qarabag genosidi fakтları sıgorтalaуırdı. Siуasəтi, çəmi və anı üzrə тəhliliniz dogru olardı. 2010-cu ilə qədər məcburi kursunu dəуişməуən Azərbaуcana münasibəт xüsusi qaуgılı idi.

o.b.n 2018-12-04 13:22:40

O dövurdə Meqri ilə Laçının dəyişdirilməsi müzakirə edilirdı,əgər baş tutsaydı Qarabağa əlvida deməli olacağdıq.Yəqin buna görə vaxt qazanmaq üçün istefa veriblər.Onda zaman haystanın xeyrinə işləyirdi.Onları Kreml cox silahlandırmışdı dünya,mətbuatı haylardan və Moskvadan məlumat alırdı.Azərbaycan mətbat agetliyi dünyaya həqiqəti çıxara bilmirdi.Qarabağda baş verənləri cox ölkələr anlamırdı.Səbəb bu olar

Vətən sevdalı 2018-12-04 13:22:40

Eldar müəllim,şübhəsiz, ən səviiyəli və qədərincə vicdan- lı məmurdur. İndi isə görünür bəzi hərəkələrindən "peşiman" olub.Könlündən vəzifə keçir.Nolsun, təbiidir.Bizim-xalqın adamıdır.

Ekspert 2018-12-04 13:22:40

t.ədalətə: Eldar m-m düz deyir.Rusiya ermənistandakı hadisəyə uyğun bizdə də terror yaradardı.Heydər Əliyevi də qatardı.Çünki Dəmirciyanla H.Əliyevin razılaşmaları baş tutacaqdı.Bu da rusiyaya sərf etmirdi.Tək Ulu Öndərə yox,elə MM-də də gülləbaran təşkil edərdi rusiya.Baxın o vaxt bu baş tutsaydı rusiya qoşunları "vətəndaş müharibəsi" yatırılması adı altında qoşunlarını Azərbaycana yeridəcəkdi.Suriyadakı kimi."Üçlük" düz edib.

t.ədalət 2018-12-04 13:22:40

Eldar müəllim savadlı birisidir.Ancaq onun və digərlərinin istefası hansı terrorun qarşısını alıb,bu məlum deyil. Əgər "istefalarla" terrorların qarşısını almaq mümkün olsaydı,onda dünyada belə hadisələr olmazdı.ermənistanda Dəmirçiyanın ölümünü Rusiya təşkil etdi.Dəmirçiyan Rusiyanın qurduğu oyunları yaxşı bilirdi .O, Azərbaycan-ermənistan arasında səfir mübadiləsinə hazırlaşırdı.DQ-nin Azərbaycana qaytarılacağından narahatlıq keçirən Rusiya terror yolu ilə Dəmirçiyanı aradan götürdü..

Əsəd 2018-12-04 13:22:40

"Elə məsələlər var ki, bunlar dövlətçiliklə bağlıdır".Mən siyasətçi deyiləm, amma məncə dövlətçiliklə bağlı olan mühüm məsələr çox illər keçəndən sonra ya açılır, ya da o biri dünyaya aparılır.İndi oxu atıb yayı gizlətməklə məramıniz nədir mən başa düşmədim.Yəni açılası məsələ deyisə heç açıb camaatın ürəyini də bulandırma, necə ki rəhmətlik Vəfa m-m və T.Zülfüqarov heç vaxt bu haqda danışmayıb.Yəqin rəhmətlik H.Əliyev yuxunuza girib.

GEBER 2018-12-04 13:22:40

Dövlət nədən xilas oldu ? ki & Heyf , ki istənilən alternativ bir , kəs elə bil , ki subut edir , ki biz hamimiz nağilbaz və ağilsiz insanlariq . İşdə ğucdə olan insanlara halal olsun. Yaxşi təzadlar və mənzərələr yarada bilirlər. Halal olsun Hafiz Haciyevə kişi həqiqətən də bunlarin yaninda məntiqli bir sjyasətcidir.

yengibar 2018-12-04 13:22:40

Yaxşı nağıldır, başa düşmədim, bunlar özlərini xilas ediblər, yoxsa dövləti?

Əhməd 2018-12-04 13:22:40

Dövlətin nəyini xilas edib görəsən? Torpaq yenə ermənidə bizdə onların nazı ilə oynamaqda

Son yazılar