ELŞAD İSKƏNDƏROVA YENİ VƏZİFƏ VERİLDİ - Bakıya xüsusi səfir kimi qayıtdı... 

İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Baş Katibi Dr. Yusif bin Əhməd Əl-Useymin bu gün İƏT-in Ciddədəki Baş Qərargahında səfir Elşad İskəndərovu İƏT Gənclər Forumunun sədri səlahiyyətlərinin başa çatması münasibətilə qəbul edib. Bu barədə “Report”a İƏT-in Gənclər Forumunun Bakı ofisindən bildirilib.

Görüşdə E. İskəndərovun İƏT Gənclər Forumunun qurucusu və son 4 ildə Forumun sədri kimi fəaliyyətlərini yüksək qiymətləndirən İƏT Baş Katibi həmçinin İƏT Gənclik Strategiyası, İƏT Gənclik Paytaxtları, İƏT Modeli kimi layihələrin, İƏT Gənclər Forumunun beynəlxalq sülh, İslam həmrəyliyi və mədəniyyətlərarası dialoqun gücləndirilməsinə yönəlmiş fəaliyyətlərin uğurla həyata keçirilməsində şəxsi səy və əməyinə görə Azərbaycanlı diplomata İƏT adından təşəkkürünü bildirib.

Azərbaycan

Prezident Administrasiyasının sabiq şöbə müdiri Elnur Aslanovun vəzifədən azad olunmasından bir müddət sonra E.İskəndərovun da işdən çıxarılmasını Türkiyə hökumətinin tələbi ilə bağlayanlar da vardı. Hətta E.İskəndərovun fəaliyyəti, "Gülənçilərlə" əlaqələri və həmin şəxslərlə birgə fotoları haqqında Eynulla Fətullayevin rəhbəri olduğu saytlarda geniş yazılar da dərc edilmişdi və ANS-də reportaj yayımlanmışdı.  rdoğanın məxfi siyahısındakı ikinci adam - Elşad İskəndərov” başlıqlı yazıda iddia edilirdi ki, o, "Gülənçilərə" 2000-ci ildə - Azərbaycanın BMT-dəki nümayəndəliyində birinci katib işləyəndən qoşulub.

Maraqlısı o idi ki, kifayət qədər ciddi ittihamlar və faktların yer aldığı yazı ilə bağlı Dini Komitə sədri özü reaksiya verməmişdi. Sadəcə, qurumun keçmiş sədr müavini Elçin Əsgərov mediaya açıqlamasında E.İsgəndərovun "Gülənçilərlə" bağlı olduğuna dair yayılan xəbərləri "yalan və böhtan” adlandırmışdı.

Bununla belə bir müddət işsiz qalan E.İsgəndərov 1 oktyabr 2014-cü ildə Dialoq və Əməkdaşlıq uğrunda İslam Konfransı Gənclər Forumunun sədri vəzifəsinə seçildi.

Oradan isə Azərbaycana Xarici İşlər Nazirliyinin Xüsusi Tapşırıqlar üzrə Səfiri kimi qayıdır... 

AzPolitika.info

635x100

Şərhlər

drongo 2018-12-04 17:30:24

məmmədyarov və onun müavinlərindən xilas olmanın yeganə yolu bu nazirliyə yeni simaların çoxlu sayda transfer olunmasıdır..Məmmədyarov və dəstəsinin öhdəsindən gələ bilmirlər...Ümid canımız Türkiyəyə qalıb. Bəlkə onlar xin-iı bir az qaydaya sala bilərlər, necə ki, müdafiə nazirliyini səhmana saldılar...

Son yazılar