ABŞ Fars körfəzinə gəmilər göndərir - İrana öz gücünü göstərir

«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, həftənin axırına qədər Amerika Birləşmiş Ştatları (ABŞ) hərbi-dəniz qüvvələrinin (HDQ) gəmilər qrupu Fars körfəzi sularına daxil olacaq. Qrupa «John C. Stennis» avidaşıyıcısı başçılıq edəcək.

Bu barədə, özünün Pentaqondakı mənbələrinə istinadla «The Wall Street Journal» nəşri yazıb.

Dəqiqləşdirilir ki, ABŞ hərbi gəmilərinin Fars körfəzinə «səfəri» son 8 ayda ilk uyğun əməliyyat olacaq. Qəzetin yazdığına görə, iştirakın başlıca məqsədi - ABŞ-ın gücünü İrana nümayiş etdirməkdən ibarətdir.

ABŞ müdafiə nazirliyindəki mənbələrin məlumatına görə, «John C. Stennis» böyük ehtimalla, bölgədə iki həftəyə yaxın bir müddətdə qalacaq və bu müddətin böyük qismini Fars körfəzində keçirəcək.

Pentaqonda əmindirlər ki, aviadaşıyıcının iştirakı bölgə sularında İranın «potensial düşmənçilik» fəaliyyətinə qarşı durmağı təmin eləcək.

Noyabr ayında ABŞ hərbi qüvvələrinin mərkəzi komandanlığı Fars körfəzində ABŞ-ın hərbi iştirakını artırmaq təşəbbüsü irəli sürmüşdü. Ancaq o zaman ABŞ-ın müdafiə nazirliyi (MN) bu təşəbbüsü rədd etmişdi.

635x100

Şərhlər

Vətəndaş 2018-12-04 22:09:11

Irana gücünü göstərməyə yox.Region da gərginlik yaratmağa.

Son yazılar