"Manatın kəskin möhkəmlənməsi Azərbaycanı cəlbedici ölkəyə çevirir" - Samir Şərifov

"Manatın məzənnəsinin kəskin möhkəmlənməsi daxili istehsalçıların fəaliyyətinə mənfi təsir göstərir". "Report" xəbər verir ki, bunu maliyyə naziri Samir Şərifov deyib.

O bildirib ki, manatın məzənnəsinin yüksəlməsi istehsalla yanaşı ixraca da təsirsiz ötüşməyəcək:

"Manatın məzənnəsinin kəskin möhkəmlənməsi ixraca da mənfi təsir edir. Bu xaricdən idxalın artmasına səbəb olur. Bir sözlə, Azərbaycan cəlbedici ölkəyə çevrilir. Ona görə də, biz bir sıra məsələlərin həllinə çalışmalıyıq. Hesab edirəm ki, son illər aparılan siyasət məhz makroiqtisadi balansın qorunub saxlanması, eyni zamanda iqtisadi artım üçün lazım olan təkanların verilməsi üzərində qurulub".

635x100

Şərhlər

Muellim 2018-12-04 22:45:35

Aha, deyesen yene dvalvasiya olacaq. Bele gozel sozlerden sonra her zaman zelzele olur iqtisadiyyatimizda. Bu zelzeleye iqtisadi dilde devalvasiya deyirler.

miri 2018-12-04 22:45:35

Bəlkə biraz yavasadaq?!

Oxucu 2018-12-04 22:45:35

Başa düşmədim. İndi nə etmək lazımdır? Manat bahalaşsın ya ucuzlaşsın? Bir də sitehsalçı nə sözdü? Elə bildim hərf səhfidi, sonra baxıram bütün saytlarda eyni cür yazılıb. Deyəsən yazının sirri məhz bu sözdədir.

Son yazılar