Rusiya ABŞ-ı məhv edə, Çin isə ona ciddi ziyan vura bilər! – Pentaqon düşünür

«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Pentaqonda Rusiya və Çinin Amerika Birləşmiş Ştatlarını (ABŞ) məhv edə biləcək şanslarını qiymətləndirirlər.

General Kennet Makkenzinin sözlərinə görə, Moskva Vaşinqton üçün təhlükə siyahısında ilk yeri tutur.

Rusiya Birləşmiş Ştatları məhv edə, Çin isə ona ciddi ziyan vura bilər - hər iki ölkə ABŞ üçün təhlükədir. Bu qənaətlə çərşənbə axşamı Prezident Donald Tramp tərəfindən Amerika silahlı qüvvələri Mərkəzi komandanlığının başçısı postuna namizədliyi irəli sürülmüş general-leytenant Kennet Makkenzi çıxış edib.

Namizədliyinin, Senatın silahlı qüvvələrlə iş üzrə komitəsinin Konqresdə təşkil etdiyi müzakirəsi zamanı hərbi rəis İran ətrafında suallara da cavab verib. Ötən il irəli sürülmüş ABŞ milli müdafiə Strategiyasının yeni redaksiyasına toxunarkən, general-leytenant qeyd edib ki, sənəd «ölkə üçün 5 əsas təhlükəni» nəzərdə tutur.

«İran onlardan biridir və ABŞ-ı məhv edə biləcək Rusiya təhlükəsindən və ölkəyə ciddi yaralar vura biləcək Çin təhlükəsindən bir pillə aşağıda dayanır» - deyə, Makkenzi təsdiqləyib.

O, yenidən Tehranı ABŞ üçün bölgədə təhlükə mənbəyi sayılan «şər niyyətli fəaliyyət göstərməkdə» ittiham edib.

Buradan açıq-aydın görünür ki, ABŞ adlı dövlət sanki İsrailin «vəkili» rolunda çıxış edir. Yoxsa ki, Amerika harda, İran harda?...

635x100

Şərhlər

Yaqub 2018-12-04 22:13:41

Beli.omar. qardaş. amerikadan.o.boyda. ssri.baş.aca.bilmedi.o. ki.qalmlşdl.kremil.pul. ylganlarna. amerka.göze. görünmeyen.bir.aezberqdir

Omar 2018-12-04 22:13:41

Baxın.görün.nece. siyasrt.yeridirler. rusuda. amerika.mehf.etmek. iqtitarındadı. amma.gör.ne. danışırlar.yeni .bele.bir.atalar.sözü.varki. qara.qaranı. badınca.men. qaranı. basım. yeni.dünyaya.qabaqca. rusyanı. rusyanın.öz. eli.ile.düşmen. yaraddı. özüne.kalan.dostlar. yıgdı.indide.rusun. üste. gelir.uduzan. rusya.udan. amerikadı

Son yazılar