“Hökumət qarşısına əhalinin güzəranına müsbət təsir edəcək bir neçə hədəf qoyub” - Samir Şərifov

“Hökumət öz qarşısına əhalinin güzəranına müsbət təsir edəcək bir neçə hədəf qoyub. Onların birincisi əməkhaqqı sisteminin şəffaflaşdırılması, leqallaşdırılmasıdır. Bu məqsədlə Vergi Məcəlləsinə inqilabi dəyişikliklər edilib”. “Report” xəbər verir ki, bunu Azərbaycan maliyyə naziri Samir Şərifov deyib.

Nazir bildirib ki, məcəlləyə edilən xüsusi güzəşt müvəqqəti xarakter daşıyır:“Xüsusi güzəştə görə, qeyri-dövlət və qeyri-neft sektorunda çalışan və əməkhaqqıları 8 min manatdan yuxarı olmayan vətəndaşlarımız gəlir vergisi ödəməyəcək. Eyni zamanda Dövlət Sosial Müdafiə Fonduna (DSMF) da ayırmalar var. Amma məncə bunu vergi hesab etmək düzgün olmaz. Çünki pensiyaya çıxdıqda, o adam DSMF-dən pul almaq hüququ qazanır. Amma sahibkarlar-işəgötürənlər buna onlardan gedən pul kimi baxır. Onların ümumi ödəniş yükü 35% azaldılır. Hökumətin qənaətincə bu əməkhaqqıların gizlədilməsinin qarşısını alacaq. Ya Bəzi sahibkarlar bunu gizlətmək istəyir və işçilər də bunu başa düşməyəndə onlar aşağı məbləğdə maaş alırlar və pensiyaya çıxanda az pensiya alırlar. Biz istəyirik ki, onlar DSMF-yə layiqli ödənişlər etsinlər və yüksək pensiya alsınlar”.

635x100

Şərhlər

t.ədalət 2018-12-05 00:12:37

Samir müəllimin "hədəflədiyi yaxşı güzəran"ı devalvasiya yaman yerdə "yaxaladı".Samir müəllim maliyyə naziri olandan əhalinin cibi pul üzü görmür.Pullar yalançı layihələrlə nazirliklərə itələnir,onlar da qohum-əqrəbanın firmaları ilə nağdlaşdırıb özlərinin və Samir müəllimin payını ayırırlar.Hər şey,büdcə yükündən tutmuş səhiyyə,təhsil və s. məsələlərədək əhalinin çiyninə mindirilib.Sual olunur,bütün xərclər cərimələr və bahalaşmanın üzərində qurulubsa,onda bu dövlətin neft və qazdan olan gəlirləri hanı?

Son yazılar