SAMİR ŞƏRİFOV DEVALVASİYA ANONSU VERDİ!? - "Neft ucuzlaşan kimi hökumətin yadına manat düşür"

“Manatın məzənnəsinin kəskin möhkəmlənməsi daxili istehsalçıların fəaliyyətinə mənfi təsir göstərir”. Bunu maliyyə naziri Samir Şərifov deyib.

O bildirib ki, manatın məzənnəsinin yüksəlməsi istehsalla yanaşı ixraca da təsirsiz ötüşməyəcək: “Manatın məzənnəsinin kəskin möhkəmlənməsi ixraca da mənfi təsir edir. Bu xaricdən idxalın artmasına səbəb olur. Bir sözlə, Azərbaycan cəlbedici ölkəyə çevrilir. Ona görə də, biz bir sıra məsələlərin həllinə çalışmalıyıq. Hesab edirəm ki, son illər aparılan siyasət məhz makroiqtisadi balansın qorunub saxlanması, eyni zamanda iqtisadi artım üçün lazım olan təkanların verilməsi üzərində qurulub”.

"AzPolitika.info"nun məlumatına görə, tanınmış iqtisadçı Qubad İbadoğlu maliyyə nazirinin bu "şübhəli" açıqlamasını şərh edib. Onun fikrincə, Samir Şərifovun bu açıqlaması hökumətin yeni devalvasiya niyyətindən xəbər verir. Q.İbadoğlu yazır:

"Maliyyə nazirinin açıqlamasına görə, "manatın məzənnəsinin kəskin möhkəmlənməsi ixraca da mənfi təsir edir. Bu xaricdən idxalın artmasına səbəb olur. Bir sözlə, Azərbaycan cəlbedici ölkəyə çevrilir. Ona görə də, biz bir sıra məsələlərin həllinə çalışmalıyıq".

Bununla Samir Şərifovun nə demək istədiyini sizə daha aydın şəkildə çatdırmaq üçün bu açıqlamanı şərh etmək istərdim.

Birincisi, onu qeyd edim ki, dünya bazarında neftin qiyməti ucuzlaşmaya başlayanda Bakıda rəsmilərin könlündən manatın yenidən devalvasiyası keçir. Əslində bu, xüsusilə də büdcənin doldurulması baxımından asan və cəlbedicidir. Gəlin sadə bir hesablama aparaq. Bu günlərdə təsdiq olunmuş 2019-cu ilin büdcəsinə Dövlət Neft Fondundan (DNF) 11 milyard 364 milyon manat vəsait transfer olunacaq. Bilirsiniz ki, DNF-yə vəsaitlər dollarla daxil olur. Bu isə o deməkdir ki, manatın məzənnəsi gələn il sabit qalarsa onda DNF-dən transfer 6 milyard 685 milyon dolların (11.364 mln. manat/1.7 manat) ekvivalentində olacaq. Əgər manatın məzənnəsi 1.7 AZN deyil, gələn il orta hesabla 1.8 AZN-ə qədər ucuzlaşarsa, onda DNF-nin büdcəyə transferi 6 milyard 313 milyon dollar, 1.9 AZN-ə qədər ucuzlaşarsa, onda DNF-nin büdcəyə transferi 5 milyard 981 milyon dollar, 2 AZN-ə qədər ucuzlaşarsa, onda NF-nin büdcəyə transferi 5 milyard 682 milyon dollara qədər azala bilər. Bu isə təxminən 1 milyard dollara qənaət deməkdir.

İkincisi, Azərbaycan həqiqətən də bahali, lakin keyfiyyətsiz və təhlükəli idxal mallarının idxalı üçün cəlbedici ölkəyə çevrilir.

Nəhayət, manatın məzənnəsinin 1 il 7 aydır ki, durduğu yerdə qalması qeyri-neft ixracatının artım tempini aşağı düşməsində əhəmiyyətli rol oynayır.

Bir sözlə, Maliyyə naziri demək istəyir ki, manatın məzənnəsinin sabit saxlanılması siyasəti dəyişəcək. Onun nə qədər tez baş verməsi, həm də dünya bazarında neftin qiymət səviyyəsindən asılı olan məsələdir.

Yeri gəlmişkən, onu da nəzərə almaq lazımdır ki, ilin sonu valyutaya tələbat artır. Bu gün DNF-nin ötən ayda valyuta satışları ilə bu gün gözlənilən açıqlaması da bir sıra mətləblərə aydınlıq gətirə bilər".

V.Nəsibov

635x100

Şərhlər

Ne deyese.. 2018-12-05 08:48:19

Yeqin bu adama iLLerdi evez yoxdur, (bu qeder forslu-edali xarakteri ile) evezolunmaz bir şexs imiş.. )) Goresen bundan sonra daha neçe iL bu hegemonlugu ile bele bir priroritet saheye başçiliq edecek?!

Eli 2018-12-05 08:48:19

Manatın qiymətdən düşməsini elə siz edirsiniz da. Torba ilə rüşvət alırsınız yoxladığınız təşkilatlardan. SOnra da bahalı maşınlara evlərə verib kef edirsiniz. Indi də durub danışır ki, manat devalvasiya edəcək. Edər də. İlin əvvəli də axırı da yoxlamalar maşınların dalında təşkilatlardan pulu kabinetlərə daşıyır. Yaqin bu yolla dövriyyədə manatı azaldırlar ki, devalvasiya olmasın :) Bunların metodu budur yaqın. Nazirliyin qabağında respublikanın ən bahalı maşınları dayanır.

DAVUD 2018-12-05 08:48:19

devalvasiya olsa kütləvi Şamanizmə keçməyə başlayaq.))

sual 2018-12-05 08:48:19

Adil: ....” bunu peşəkar iqtisadçılar deyə bilər ki, bizdə də belələri yoxdur. ”..... belə iqtisadçılar özü-özünə yetişmir, avara mühit şoran torpaq kimidir, tam yuyulması tələb olunur

Eldar 2018-12-05 08:48:19

Uzun illər neft milyaqrdları gələn ölkədə devalvassiya yaratmaq millətə qarşı növbəti qəsddir.

vuqar qasimzade 2018-12-05 08:48:19

BU NAZIR .... HERDEN DOZASI YUXARI OLANDA BASHLIYIR SAYAQLAMAQA.FIKIR VERMEYIN . AYILANDA TEKZIB VERECEK

Veteran 2018-12-05 08:48:19

Werifovun narahat eden meqami bawa duwmek cetin deyil. Onun hesabi ile oten payiz kilosu 8 manata olan sarimsaq bu il 80 qepik yox, 16 manat olmaliydi!

Adil 2018-12-05 08:48:19

Azərbaycanın istehsal etdiyi hansı məhsullar başqa ölkələrin bazarında maya dəyəri baha olduğu üçün rəqabəti uduzacaq ? mobil telefonlar, avtomobillər, məişət texnikası və s. ? Azərbaycan yalnız xammal ixrac edir ki, onun da qiyməti birjalarda müəyyən olunur...bu nəzəriyyənin bizə heç bir aıdiyyatı yoxdur..

Adil 2018-12-05 08:48:19

Maliyyə naziri S.Şərifovun söylədikləri iqtisadi nəzəriyyədə var...bir vaxtlar Yaponiya belə bir problemlə üzləşmişdi, yapon malları baha olduğu üçün rəqabətdə uduzurdu..amma bu nəzəriyyəni Azərbaycan iqtisadiyyatına aid etmək olarmı?..bunu peşəkar iqtisadçılar deyə bilər ki, bizdə də belələri yoxdur...bir diletant kimi deyə bilərəm ki, bunu bizim iqtisadiyyata aid etmək olmaz...

********* 2018-12-05 08:48:19

......“manatın məzənnəsinin 1 il 7 aydır ki, durduğu yerdə qalması qeyri-neft ixracatının artım tempini aşağı düşməsində əhəmiyyətli rol oynayır”… niyə???..... Manatın real effektiv məzənnəsi möhkəmlənir, ya alıcılıq qabiliyyəti pariteti pisləşir??? Bəlkə ölkədə investisiya mühitinin pis olmasıdır bunun əsas səbəbi??? Ucuz və keyfiyyətsiz istehlak mallarının idxalı şəraitində təbii ki, ölkədə yüngül və yeyinti sahələri üzrə yerli istehsalın inkişafı mümkünsüzdür. Lakin bu problem tək bizdədir??? Niyə digər ölkələr bu problemi həll edə bilir??? Məzənnə siyasəti ilə problemi həll etmək mümkün deyil, dövlətin bu istiqamətdə məqsdyönlü siyasəti olmalıdır - kənd təsərrüfatının, yüngül və yeyinti sahələrinin, müxtəlif xidmət sahələrinin inkişafı üzrə. On illiklərdir ən müxtəlif Dövlət proqramları qəbul olunur, niyə onların icrası yox səviyyəsindədir??? Cavab: investisiya mühitinin aşağı səviyyəsini müəyyənləşdirən - korrupsiya, inhisarşılıq, azad rəqabət mühitinin və müstəqil məhkəmələrin olmaması, dövlətin iqtisadiyyata yüksək müdaxilə səviyyəsi, iqtisdiyyatda yüksək pay çəkisi və s., və s.. Bu problemlər həll olunmadıqca heç nə dəyişməyəcək

2+2=4 2018-12-05 08:48:19

.....“Hesab edirəm ki, son illər aparılan siyasət makroiqtisadi balansın qorunub saxlanması, eyni zamanda iqtisadi artım üçün lazım olan təkanların verilməsi üzərində qurulub”........bəs indi nə oldu ki, yenidən makroiqtisadi balansı (tarazlığı) pozmaq zərurəti yarandı??? Bəs deyirdiz büdcə xərcləri neft gəlirlərindən asılı olaraq dəyişməməlidir, bəs nəyin hesabına, devalvasiyanın??? Məgər aydın deyilki, manatın məzənnəsinin 10-12 % ucuzlaşması (1ABŞ doll.=2 Azn olarsa) iqtisadiyyatın tarazlığı əsaslı surətdə dəyişir – qiymətlərin yeni səviyyəsində məcmu gəlirlər məcmu xərclərlə tarazlaşmalıdır??? Yeni tarazlıq nöqtəsinə keçid iqtisadiyyatda yeni silkələnmələr yaradacaq, yeni stabilləşmə tədbirlərinin reallaşması zəruriləşəcək - əhalinin real gəlirləri, real əmək haqları, biznesin ödəniş qabiliyyəti və s., və s. parametrlər üzrə??? Devalvasiyadan ixrac qazanır... ancaq neft sektoru, ölkə ixracının 95%-i, qeyru-neft sektoru isə idxalın bahalanması ilə əlaqədar, indiki vəziyyətdə, ancaq uduzur, əgər belə deyilsə əsaslandrmalarınızı ortaya çıxarın baxaq, cənab nazir!!!

EJDER 2018-12-05 08:48:19

MOLODES,VALLAH ANALOQU OLMAYAN,GULMELI...DOVLETIN VETENDAWLARIYIQ.EH,YAXWI KI, OLUM VAR.BU...OLENDEN SONRA MIYONLARI ,MILYARDLARI...OLACAQ,...YEYYERSINIZ P...R.ALLAH SIZE LEHLET ELESIN

t.ədalət 2018-12-05 08:48:19

Devalvasiya olacaqsa,hökumətin maaş və pensiyaların artımı ilə əlaqədar atdığı addımlar heçə gedəcək.Sosial sahədə əhaliyə veriləcək müavinətlərin büdcəyə yük olmaması üçün qəsdən manatın sünii surətdə xarici valyuta qarşısında qiymətdən salınması bazarlarda bahalığın tüğyan etməsinə gətirib çıxaracaq.Maliyyə nazirliyi bu manipulyasiya ilə xalqın dövlətə olan gümanını öldürəcək.

Asif 2018-12-05 08:48:19

Devalvasiya olsun, amma o həcmdə də əmək haqqları, təqaüdlər artmalı, işləməyənlərə yardım olmalıdır. Budur ədalət. Bunlar ilmasa demək kimsə vəsifəsindən sui-istifadə edir.

Filosof 2018-12-05 08:48:19

Duz deyirsen bize mohkem manat lazim deyil. Bele reformalarla bir azdan salarsan bizi iranin gune. Bir sumka bazarliq ucun ozumuzle bir sumka da manat aparmali olariq

Vətəndaş 2018-12-05 08:48:19

Yeni Devalvasiya sadə kasıb əhali üçün daha da yoxsulaşmaya bahalaşmaya işsizliyə bir sözlə qaranlıq günlərə səbəb olacaq. Talanmış atılmış milyardları talançı məmurlardan almaq israfçılığa son qoymaq və əsas kütləni olacaq bu iqtisadi dəhşətdən qurtarmaq lazımdır.Həm də ki manatın keyfiyyətini itirməsi iqtisadiyyatın daha da pərən pərən düşməsinə səbəb olacaq.Bu nazir hər dəfə bir söz danışır və başa düşmək olmur konkret nə demək istəyir.Yenə nala mıxa vurur.Hər nə olsa sadə insanların başında çatlayacaq

Son yazılar