“Bu rəqəmləri təhlil edəndə adam heyrətə gəlir...” - Ziyad Səmədzadə

“Bəzən professional olmayan iqtisadçılar, ekspertlər qeyd edirlər ki, Azərbaycanın dövlət büdcəsində sosialyönümlü xərclər az təşkil edir. Amma dərk etmirlər ki, bu rəqəmlərin arxasında nə qədər böyük dinamik inkişaf var”.

Bu sözləri Modern.az-a açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə deyib.

Komitə sədri xatırladıb ki, XXI əsrin əvvəllərində dövlət büdcəsinin 86-87 faizini cari xərclər təşkil edirdi:

“Cari xərclərin içərisində isə əsas yeri əməkhaqqı tuturdu. Özü də aşağı əməkhaqqı. Bu rəqəmləri təhlil edən zaman adam heyrətə gəlir ki, biz nə qədər inkişaf yolu keçmişik. 86 faiz ilk baxışdan böyük rəqəm görünür. Amma o zaman dövlət büdcəsi cəmi 1 milyard manat idi. 1 milyardlıq büdcənin 86-87 faizi isə 580 milyon manat edirdi. Bu gün isə dövlət büdcəsində cari xərclərimiz 50 faiz təşkil edir. Biz tədricən iri layihələri həyata keçirəndən sonra cari xərclərin strukturunda da bir sıra mütərəqqi dəyişikliklər edəcəyik”.

Ziyad Səmədzadə qeyd edib ki, dövlət büdcəsinin sosial xərclərə ayrılan hissəsinin təkmilləşməyə ehtiyacı var:

“Təbii ki, sosial xərclərin artırılmasına ehtiyac var”.

635x100

Şərhlər

Oxucuya cavab 2018-12-05 18:56:25

Camaata emek haqqi verende 100 manatin 86-87 %-i 58 manat edir. Yox özüne maaś hesablayirsansa , onda 100 manatin 58 %- i 86-87 manat edir. Qeyri selist mentiq nezeriyyesinin banisi boś yere azerbaycanli deyil ki?.. Bu cenab da elm adamidir daaa...

Pensiyaçı 2018-12-05 18:56:25

Ziyad müəllim,məsələyə real yanaşsaız iradların əsaslı olduğunu,büdcədən sosial ayırmaların həm az və həm də doğru paylanmadığını görərsiniz.Məsələn, sizin ayırdığınız sosial sahədə aylıq 200-250 manat pensiya alanların pensiyası 6.3 % artırılır ki, bu da indiki qiymət artımı tendensiyasında pensiyaçının həyatında heç bir dəyişiklik gətirə bilməz.Ona görə haqlı iradları qəbul etməyi bacarmaq və nəzərə almaq lazımdır.

İsa 2018-12-05 18:56:25

Adam kommunizm ide olojisindən,sovet statistikasından hələ də qopa bilmədiyindən(Zənnimcə heç "Kapital"ı da oxumayıb),ən əsası da "pomidora yox,şaha xidmət etdiyindən",minimum əmək haqqı ilə 140 litr benzin almağın da "anoloqsuz" dinamik uğur olduğnu "akademik" səviyyədə isbat edə bilər.Tıpqı ,bir milyardın 86-87%-nin 580 milyon olduğunu israr etdiyi kimi. MM sədrinin müavini olduğu vaxtlardakı hərəkətlərini xatırladım...

hop-hopnamə 2018-12-05 18:56:25

Ey hörmətli cənabi duputatat, akademik, komitə sədri heç özünə bir sual vermisənmi ki, niyə ağ ayıların ətrafında yerləşən soyuq Norveçdə gələcək nəsillərin (təqaüd fodu) fondu 1 trilyon dollardan yuxarıdır, Azərbaycanda isə gələcək nəsillər üçün üç barmaq əməliyyatı saxlanılıb??????????? P.S. Oxucuya::: bu adam güclü iqtisadçı olduğu üçün belə hesablayır (qatıqlayır)

EJDER 2018-12-05 18:56:25

YALAN DANIWANIN ...LEHLET OLSUN.BESDIRIN ANALOQU OLMAYAN INKIWAFI TERIFLEDINIZ,BIR GUN HAMISI BAYRAQ MEYDANI KIMI PUC OLACAQ.GURCULERDEN IBRET GOTURUN.PROBLEMLI KREDITLERI BAQLAYIRLAR,SIZLER NAQIL DANIWIRSINIZ...YANSI NAZIRIMIZ NAMUSLA IWLEYIB,DEYE BILERSINIZ...DEYERSINIZ,INDI HAMISI ALIMLIKLE MEWQULDU O...R

BABAYEVA ASYA EHMEDELI Qi 2018-12-05 18:56:25

corasan bizim dahi igtisadcimiz budcanin 70 faiznin na ucun neft fondundan ayrildtgini analz edir axi onun dahiyana analizlariyla sovet dovlati dagildi barakallah

oxucu 2018-12-05 18:56:25

Bu adam faiz hesablamağı bilir? 1 milyardın 86-87 faizi nə qədər edir?

Son yazılar