"MƏMURUN ANA DİLİNİ BİLMƏMƏSİ ONUN QƏBAHƏTİDİR" - Əli Həsənov

"Hər bir məmurun xarici dili gözəl bilməsi onun üstünlüyüdür. Amma milli dili bilməməsi və o dildə danışmaması onun qəbahətidir".

"Report" xəbər verir ki, bunu Azərbaycan Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov teleradio yayımçılarının ədəbi dil normalarına riayət edilməsi sahəsində bu ilin avqust-sentyabr aylarında aparılan proqramların (verilişlərin) monitorinqlərinin nəticələrinə dair keçirilən konfransda çıxışı zamanı deyib.

O bildirib ki, hər bir məmur milli dili bilməlidirir: "Hər bir məmur xarici dili bilmirsə, əlbəttə bu, onun çatışmazlığıdır. Xarici dili bilmək məmura üstünlük gətirir, amma bilməməsi onun qəbahəti deyil, qəbahət milli dili bilməməkdir. O cümlədən bu, ziyalılara aiddir, o cümlədən bu, bizim jurnaistlərə aiddir, o cümlədən Azərbaycan ərazisində vətəndaşlıq statusu daşıyan istənilən insana aiddir”.

PA rəsmisi əlavə edib ki, Azərbaycanda dövlət dilini qorunmaq vəzifəsi ilk növbədə bu sahədə öhdəliyi olan məmurların boynuna düşür: "Bu, tək dövlətin idarəçiliyində iştirak edən məmurların yox, o cümlədən akademik strukturlarda təmsil olunan bizim akademiklər, bizim alimlər, institutların elmi işçilərinin öhdəliyidir. İkincisi, əlbəttə, Azərbaycan dili tədris-təhsil müəssisələrində və nəhayət kütləvi informasiya vasitələrində qorunmalıdır".

635x100

Şərhlər

Pensioner 2018-12-05 12:10:18

Xarici işlər nazirliyində rəhbərliyin mütləq əksəriyyəti urusca dünışır və urus dillilərə yaşıl işıq yandırılır, milli məfkurəli insanlar isə sistemdən uzaqlaşdırılır. Görəsən, hörmətli Əli müəllimin bundan xəbəri varmı

EJDER 2018-12-05 12:10:18

MOLODES,GAH BELE DEYILER,GAH ELE DEYIRLER...HE ZAMAN HER WEYI,LAZIMDAN GABAQ GABAQ GOSTERECEK.ESAS INKIWAFDU,YAVAWDAMAQ OLMAZ

Filosof 2018-12-05 12:10:18

Ancaq Memmedyarovun pulsuz aftafa tutanlari burda deyirdiler ki bizim nazirimiz ingilis dilinde daniwa bilir deye bu qebahet hesab olunmur

t.ədalət 2018-12-05 12:10:18

Məmurun təmsil etdiyi dövlətin dilini bilməməsi qəbahət yox,dövlətə xəyanətdir.Öz xalqına və milli dövlətçiliyinə sədaqəti olmayanlar,milli təəssübkeşlik hissini itirənlər özgə dillərdə danışırlar.Hazırda Azərbaycanda vəzifə tutanlar,lakin hələ də Rusiyanın işğal edəcəyini səbirsizliklə gözləyənlər , milli dövlətçiliyimizn əleyhinə olanlar,həyatlarını və məişətlərini özgə millətin dili ilə bulayanlar çoxdur.Həmin ailələrin övladları ilə Vətənimizi rus-erməni hərbiçilərinin müdaxiləsindən qorumaq çətindir.

Son yazılar