MİRCƏFƏRİN STALİNƏ MƏXFİ MƏKTUBU ÜZƏ ÇIXDI - Dörd min adamın həbsi üçün icazə istənilir (FOTO)

Tarixçi alim Ədalət Tahirzadə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi olmuş Mircəfər Bağırovun əməllərini sübuta yetirən sənədin fotosunu yayıb.

Strateq.az bildirir ki, tarixçi  Mircəfər Bağırovun Azərbaycan vətəndaşlarına qarşı repressiya siyasəti apardığını bildirərək, onu dəstəkləyənləri tənqid edib: “Mircəfər Bağırov 9 iyul 1937-ci ildə SSRİ rəhbəri Stalinə məktub göndərərək, minlərlə insanın tutulub məhv edilməsinə icazə istəyir!”

M.Bağırov Stalinə yazdığı məxfi məktubda Azərbaycanda 4 min şəxsin tutulması üçün sanksiya verilməsini xahiş edir. Həmin şəxslər kateqoriyalara bölünür: 1800 qolçomaq, 2200 cinayətkar. Onların arasında 500 şəxs “birinci kateqoriyadan olan qolçomaq və 500 cinayətkar” kimi qeyd olunur.

Stalinə yazılan məktubda vurğulanır ki, həbs olunanların 250 nəfəri müsavatçılar, ittihadçılar, daşnaklar və ruhanilərdir. Digərləri isə sovet hökümətinə qarşı mübarizə aparan qaçaq dəstələrinin üzvləridir.

Məktubda Stalindən xahiş olunur ki, həbs edilmiş bu şəxslərin ailə üzvlərinin NKVD-nin düşərgələrinə göndərilməsi təmin olunsun.

Bunun üçün 1937-ci ildə məhkəməsiz qərar çıxaran “üçlük”lərə əlavə buraxılış sanksiyalarının verilməsi istənilir. Məktubda Azərbaycandakı bu bədnam “üçlük” üzvlərinin adları da qeyd olunub. Bunlar Sumbatov, Teymur Quliyev və Cahangir Axundovdur. M.Bağırov bu adamlara qərar çıxarmaq üçün səlahiyyət verilməsini xahiş edir.

baqirov

635x100

Şərhlər

vidadi goyce 2018-12-05 15:58:42

m.c. bagirov su icmek istemeyen eshsheyi suya aparan nadan,qu.duz bir canli idi

G.M-ə 2018-12-05 15:58:42

Səninlə tam razıyam.

bisavad 2018-12-05 15:58:42

Kaş ki,Bağırov bu gün sağ olaydı. Azərbaycanın sərvətlərini talayanlarla tanış olaydı.

Oqtay 2018-12-05 15:58:42

Bunu yazmaqda nə məqsəd güdülür başa düşə bilmirəm Bunub üstündən 81 il ötüb və M Bağırov da öz cəzasını alıb .Yaxşı olardı kiSSSRinin siyasi bürosundan "araqarışdıranları" ,"xuliqanları" ,"dövlətin əksinə qalxanları" öldürmək üçün qoşun göndərilməsini xahiş edənlər durur,sağdırlar öz keflərindədirlər və bunlar deyən araqarışdıranlar ,xuliqanlar indi MİLLİ QƏHRƏMAN olublar və onları oldürməyi xahış edənlər gedib onların qəbrinə gül qoyurlar Bu tarixçi bunlardan niyə yazmır yoxsa hələ tarix deyil80ilkeçməyi

G M 2018-12-05 15:58:42

Günü bu gün də Azərbaycanda 2 mindən çox ölümə layiq cinayətkar,manyak,yaltaq,trollar var.Kaş ki,M.Bağırov sağ olaydı

o.b.n 2018-12-05 15:58:42

Sonrada deyirlər stalin milləti qırdı sürgün etdi.Necə 20 yanvarda öz stulları naminə sovet qoşunun Bakıya çağırdılar,AXC-Müsava hakimiyyətə gələndə,cəbhəçi. YAP gələndə yapçı oldullar.Eləcədə ADR dövündə Qubada bolşevik üsyanınının yatırdılmasın da Mircəfər və Berya Musavatçi kimi iştirak etmiş,bolşevikllər gələndə Kommimist olmuşdular.Belələrinin əqidəsi yoxdur. Oqtay bəy

Vətən OĞLU 2018-12-05 15:58:42

Mircəfər Bağırov yox-.... bağırov-təyin olunmuş savadsız cahil-canlı

Son yazılar