ƏZƏLİ RƏQİBLƏRİN YENİ TOQQUŞMASI – Aslan İsmayılov deputatı təhqir etdi, cavabını aldı

Parlament seçkilərində bir neçə dəfə üz-üzə gəlmiş əzəli rəqiblər - deputat Adil Əliyevlə hüquqşünas Aslan İsmayılov arasında yeni söz atışması alovlanıb.

“AzPolitika.info”nun məlumatına görə, bu dəfə A.İsmayılovun A.Əliyevi məktəb direktorunu döyən aktyor Rza Rzayevi müdafiə etməkdə ittiham etməsi ilə “atəşkəs” pozulub. Tərəflərin qarşılıqlı ittihamları hətta açıq təhqir həddinə çatıb. A.İsmayılov sonuncu “Feysbuk” statusunda keçmiş rəqibini “saxta deputat” adlandırıb və onu nalayiq ifadə ilə təhqir edib.

“Bu gün saxta deputat olmasını qanuni şəkildə sübuta yetirdiyim Adil Əliyev haqqımda təhqir yağdırıb və mənə, Aslan İsmayılova hədə-qorxu gəlib. Təsəvvür edirsiz belələri sıravi vətəndaşların başına hansı oyunları açırlar?! Həqiqətən belələri ilə çətindir, çünki heç nəyi boyunlarına qoymaq olmur. Avropa İnsan Haqları Məhkəməsinin qərarı ilə saxta yolla deputat seçilməsi təsdiq olunan birisi hələ də mənə qalib gəldiyini iddia edir, məktəb direktorunu döymüş məsləkdaşından az qala imtina edir, məni özünə layiq məhkəmələrlə qorxudur”, - yazan A.İsmayılov, daha sonra qarşı tərəfə Hüseyn Abdullayevin aqibətini xatırladıb.

Deputatın cavabı da gecikməyib. O, cavab yazısında yazıb ki, ən böyük nemətlərimiz olan sabitliyi pozmaq istəyən qüvvələr var. Ancaq ölkəmizi qarışdırmaq istəyən qüvvələr nəticə əldə edə bilmirlər və bilməyəcəklər: “Biri var, bilmirsən onu nə adlandırasan, özünə vəkil deyir, ancaq nəyə və kimə vəkillik etdiyi anlaşılmır. Aslan İsmayılov uzun fasilədən sonra yenə mənim ünvanıma böhtan atıb. Ümumiyyətlə, bir azdan bu şəxsin böhtan atmadığı, şərləməyə çalışmadığı həmvətənimiz qalmayacaq. 1 saatlıq açıqlamada ən azı 30-40 nəfərin adını çəkib və hamısının ünvanına ağlına gələni danışıb. Yəni bu açıqlamada onun böhtanları ilə bağlı ən azı 3-4 məhkəmə işi açmaq olar. Bu adam hüquq təhsilini necə alıb, məhkəmədə necə vəkillik edib, adam məəttəl qalır. Hüququn “a” hərfi ondan başlayır ki, sübutun, faktın yoxdursa başqasına qarşı ittiham irəli sürməzlər, əks halda səni böhtançı, yalançı, şərçi adlandırırlar. Ona görə elə adı üstündədir.

Məsələn açıqlamasında deyir ki, guya məktəb direktoru ilə idmançı arasındakı qovğada mən ikincini dəstəkləyirəm və həmin idmançı guya mənim təlimatımla hərəkət edir. Yəni bu “hüquqşünasın” məntiqi belədir ki, ölkədə bütün idmançılara və onların cəmiyyətdə özlərini necə aparmalarına mən cavabdehəm.

adil

Birincisi, bəli həmin idmançını tanıyıram, görüşəndə salamlaşırıq, birgə şəkillərimiz də var. Mən millət vəkiliyəm, minlərlə insanla şəkil çəkdirib, salamlaşıram. Ancaq bu salamlaşma mənim həmin adamların nə etdiklərinə və nə edəcəklərinə məsuliyyət daşıma anlamına gəlmir. Bunu hüquq biliyi olmayan azyaşlı uşaq da anlayar, bircə üzdəniraq məlum hüquqşünasdan başqa. Məktəb direktoru ilə idmançı arasındakı olay barədə mətbuatdan oxumuşam, kimin haqlı, kimin haqsız olduğun da bilmirəm. İkincisi, ay “hüquqşünas” parlament seçkisi arxada qalıb, sən mənə 3 dəfə məğlub olmusan, bunu bizim dairədə və ölkədə bilməyən yoxdur, Sən isə məktəb direktoru ilə idmançı arasındakı qovğanı da gətirib ikimizin arasındakı seçki yarışına dürtürsən. Çünki sənin təbiətin belədir. İnsanları şərləməyin azmış kimi bölücülüklə məşğul olmağa başlamısan. Həmin videomüraciətində insanlara əməllərinə görə deyil, hansı regiona bağlı olduqlarına görə qiymət verirsən. Bu da hüququn və insanlığın ən aşağı nöqtəsidir. Biz azərbaycanlıyıq və hər kəs əməlinə, dediyi sözə görə cavab verir və verməlidir. Həmin idmançı və ya məktəb direktoru da həmçinin”.

Deputat daha sonra yazır ki, A.İsmayılova baş qoşmaq istəmir, amma onun ittihamlarını cavabsız da qoymayacaq: “Bilirəm ki, tanınmış insanları şərləməkdə, böhtan atmaqda məqsədin var, istəyirsən cavab reaksiyası alasan və bununla polemikanı genişləndirməklə gündəmdəki “ağırlığını” qoruyasan. Əslində sənə baş qoşmaq istəmirəm, daha vacib işlərim var, ancaq mənə aid böhtanlarını da cavabsız qoymaq fikrində deyiləm. Səhv etmirəmsə kiməsə böhtan atdığına görə bu yaxınlarda məhkəmə səni islah işlərinə məhkum edib, ancaq səni heç nə islah edə bilmir, bu dövlət, bu millət səndən nə xeyir görən deyil, bir cəzadan qurtulmadan, bir başqasına iddia edirsən. Görünür sənin həyat kredon budur”.

V.Nəsibov

AzPolitika.info

635x100

Şərhlər

shirzad.shaliyev 2018-12-05 19:22:53

en boyuk xosbextlik Vetende sabitliyin qorunmasidr

cəngərlik sakini 2018-12-05 19:22:53

Bu sabitlik deputatlara əlbəttə çox sərf edir.2000 man maaş imtiyazlar,şəxsi biznesinə görə vergi vermir,gömrük rüsumu ödəmir.deputatların çoxunun yaşı elə həddədi ki,o əyninə şalvar düz-əməlli geyə bilməz,AMMA şair demişkən "çi fayda"tutub kreslonu.Altlarında artıq kreslo çürüyüb.Həqiqi gənc beyinlər isə qaçır burdan.

Aslan İsmayılov-a 2018-12-05 19:22:53

Bizdə seçkilər şəffaf, demokratik və düz (dəvənin boynu kimi) keçirilir. Duputat Adil Əliyev demişkən ən böyük nemətimiz sabitlikdir. Bizə nə Qarabağ nə də ki yaxşı dolanışıq lazımdır, əsas sabitlikdir.

X 2018-12-05 19:22:53

Alverci deputatlar

sudaba 2018-12-05 19:22:53

Siz keçmiş vəkil Adil İsmayılov həqiqi millət vəkili Adil Əliyevin öz seçiciləri olan qeyri naxçıvanlılara təmənasız etdiyi köməyin, yaxşılıqların hansı birini kiməsə təmənasız etmisinizmi? Təki yüksək vəzifələrdə olanların hamısı Adil Əliyev kimi vətənpərvər naxçıvanlı olardi.Bu dəfə siz daşı öz bostanınıza atırsız cənab keçmiş vəkil.

sual 2018-12-05 19:22:53

E bos bos seylerdi qaxa cani fikir vermeyin heresi oz oununu oynayir amma zakaz veren birdir bele deyilmi ya

Ayzek-ə XX-1-dən 2018-12-05 19:22:53

Təmiz naxçıvanlıları 70-ci illərdə Naxçıvandan didərgin saldılar. Yerində qalanlar .........

X 2018-12-05 19:22:53

Aslan bey Allah yardimci iz olsun cenab deputat sizin tebii kk basiniz qaisiqdi biznesinizle mesgul olun.Manapolyanizla mesgul olun. Fehle yemekxanalarina bele nezaret edirsi, fehle deyir menim maasimi ver sirket rshberi deyir yesenizde yemesenizde bu pul sizden cixilacaq cunki filan deputatin nezaretindedi her yemek ucun 5.85 pul ci irlar Ayaqyoluda manapolyadadi XALQI DUSUNUN XALQI DUSMEN BILMEYIN

keçici qırmızı bayraqlar 2018-12-05 19:22:53

Zakaznoy güclü biznesmen bu Aslandan ....indi də deputat girdi toyxanaya. Pay atonnan ....

Ayzek 2018-12-05 19:22:53

Azərbaycan qanunlarını naxçıvanlılar yazır-qeyri-naxçıvanlılar üçün!İcrasına da özləri nəzarət edir.Budur bəlamız.

G M 2018-12-05 19:22:53

Harda nə yazılmasından asılı olmayaraq,əsil həqiqət xalqa məlumdur.Necə deyərlər ``Arx nəyin üstündən axır`` hamı bilir.A.İsmayılova qarşı çıxanlar onu daha da Xalqa sevdirir,rəqiblərini və onların idbar auralarını daha yaxından göstərirlər.

Vətən OĞLU 2018-12-05 19:22:53

ağılsız köpəklər ulduza hürər

EJDER 2018-12-05 19:22:53

DEMOKRATIYA,SECKI,HAQQ EDALET,DURUSLUK BIZLIK DEYIL,EJDER CANI...YALAN,ATMAQ,HARAM HE BAX BU BIZLIKDI.

miri 2018-12-05 19:22:53

Bizim məmləkətdə "arxalı köpək qurd basar" azdır, hətta fil və pələng də bazar.

Son yazılar