Baxçalı Yıldırımın yerinə gətirilir? - Ekspert istisna etmir
Baxiş sayı:
Dərc olunub:
05/12/2018 - 19:24
AKP-nin MHP-yə ittifaq jesti Dövlət Baxçalının Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədrliyi ola bilər.
Virtualaz.org yerli KİV-ə istinadla bildirir ki, bunu türkiyəli ekspert Məhməd Əli Kulat deyib.
“Bir ehtimal hazırda ciddi şəkildə müzakirə olunur. Dövlət Baxçalının TBMM sədri olmaq ehtimalı böyükdür. Dövlət Baxçalı belə bir tələblə çıxış etməsə də, Ərdoğan bir jest kimi bunu edə bilər”, - Kulat bildirib.
Xatırladaq ki, bir müddət əvvəl mediada TBMM sədri Binəli Yıldırımın spikerlikdən istefa verəcəyi barədə məlumatlar yayılmışdı. Artıq onun İstanbul Böyükşəhər Bələdiyyə başqanlığı postuna namizəd göstərildiyi bildirilir.
Son yazılar
18:31
“BU HƏBS ŞOYQUDAN XİLAS OLMAQ CƏHDİDİR” - “Onlar müharibənin bitməməsini istəyirlər, çünki...”
18:12
Azərbaycan və Ermənistan sərhədində nəzərdə tutulan işlərin təxminən 35 faizi yerinə yetirilib
Şərhlər
Hər hansısa bir şərh yazılmayıb.