Fransada 700 yanacaqdoldurma məntəqəsində yanacaq çatışmazlığı yaranıb

Fransada 700 yanacaqdoldurma məntəqəsində bütün növ avtomobil yanacağının qıtlığı yaranıb.

“Report” TASS-a istinadən xəbər verir ki, buna səbəb kimi etiraz aksiyası iştirakçılarının böyük yanacaq anbarlarını mühasirəyə almaları göstərilir.

Bildirilib ki, 300 yancaqdoldurma məntəqəsində yanacaq tamamilə, 400-də isə yanacağın bəzi növləri yoxdur.

Qeyd edək ki, noyabrın 17-dən Fransada yanacağın qiymətinin bahalaşacağına etiraz aksiyası keçirilir. Dekabrın 9-da aksiyanın davam edəcəyi gözlənilir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar