Məşhur aktyor Camal Qaşıqçının ölümü ilə bağlı sənədli film çəkir - FOTO

Məşhur Hollivud aktyoru Şon Penn operator qrupu ilə birlikdə Türkiyəyə səfəri zamanı Səudiyyə Ərəbistanının İstanbuldakı Baş Konsulluğunda olub. “Report” “CNNTurk”ə istinadən xəbər verir ki, onlar Baş Konsulluqda çəkiliş aparıblar.

Ş.Penn jurnalist Camal Qaşıqçı cinayəti ilə bağlı bir çox adamla görüşüb çəkiliş edəcək. Onun Camal Qaşıqçının nişanlısı Hatice Cengiz ilə də görüşəcəyi bildirilib.

Aktyor çəkilişlərdən sənədli film hazırlayacaq.

Qeyd edək ki, oktyabrın 2-də “Vaşinqton post” qəzetinin əməkdaşı Camal Qaşıqçı Səudiyyə Ərəbistanının İstanbuldakı Baş Konsulluğunun binasında öldürülüb. Onun qətlinin Krallıqda planlaşdırıldığı bildirilib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar