Tramp ABŞ-da sığınacağı ödənişli etmək qərarına gəlib - KİV

«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Amerika Birləşmiş Ştatlarında (ABŞ) sığınacaq almaq barədə ərizələrə (bir ərizə üçün) 50 dollar rüsum tətbiq oluna bilər.

Bu barədə «Buzz Feed» portalı xəbər verib.

Portalın məlumatına görə, Przident Donald Tramp bu imkanı o miqrantlar üçün nəzərdə tutur ki, onlar artıq ABŞ ərazisinə daxil ola biliblər.

Hazırda belə prosedur ödənişsiz həyata keçirilir. Rüsum haqqında sənəd hələ ki, imzalanmayıb və ABŞ vətəndaşlıq və immiqrasiya Xidməti tərəfindən nəzərdən keçirilir.

Qeyd olunur ki, bu tədbir ABŞ sərhədindəki keçid məntəqələrində ərizə verənlərə, müvəqqəti yerləşdirmə məntəqələrində təqib olunmaqdan ehtiyatlanan və ya deportasiya prosedurunun gedişində müdafiəyə ehtiyacı olan miqrantlara aid edilməyəcək.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar