Dünyada ilk dəfə analığın transplantasiyasından körpə doğulub

Braziliyada dünyada ilk dəfə köçürülən analıqdan körpə doğulub.

“Report” “Reuters”ə istinadla xəbər verir ki, 45 yaşında insultdan ölən 3 uşaq anasının yumurtalığı analığı olmayan gənc qadına köçürülüb.

Körpə qız ötən ilin dekabrında dünyaya gəlib. Həkimlər bildiriblər ki, ana və bala sağ-salamatdır, özlərini yaxşı hiss edirlər.

Qeyd edək ki, Çexiya, Türkiyə və ABŞ-da ölən qadının analığının köçürülməsi ilə bağlı 10 əməliyyat uğursuz olub. Canlı donorların uşaqlığının köçürülməsindən 11 körpə doğulub. Braziliyanın araşdırması əsasında daha iki transplantasiya planlaşdırılıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar