Milanda Azərbaycan və Ermənistanın XİN rəhbərləri arasında görüş keçirilir

İtaliyanın Milan şəhərində Azərbaycan və Ermənistanın xarici işlər nazirləri arasında görüş başlayıb.

“Report” xəbər verir ki, bu barədə Azərbaycan XİN-in rəsmi nümayəndəsi Leyla Abdullayeva məlumat yayıb.

"Elə indicə Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında ATƏT-in Minsk qrupunun həmsədrləri və qurumun fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin iştirakı ilə görüş başlayıb", - deyə o, "Twitter" mikrobloqunda yazıb.

Bundan əvvəl Elmar Məmmədyarov ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşüb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar