Rusiya Azərbaycana «Bal-E» raket komplekslərini satmaqdan imtina edib

Dərc olunub: 06/12/2018 - 00:43

1a«AzPoitika.info»-nun Rusiya KİV-ə istinadla verdiyi xəbərə görə, Moskva Azərbaycana sahil mənzilli raket komplekslərini (SRK) satmaqdan imtina edib. Səbəb isə budur ki,  həmin raketlərin Rusiyanın Xəzər donanmasının gəmiləri üçün təhdid yaradacağını hesab ediblər. Habelə Rusiya istəmir ki, bu raketlər Qarabağda istifadə olunsun.

Rusiya Federasiyasının Müdafiə Nazirliyi (MN) hesab edir ki, bu kompleks raketlərin ixrac üçün nəzərdə tutulmuş modifikasiyası Xəzərin Rusiya ərazi sularında üzən Rusiya gəmiləri üçün potensial təhləkə mənbəyinə çevrilə bilər.

«Kommersant»ın məlumatına görə, bundan əvvəl Moskvanın Bakı ilə Azərbaycan ordusu üçün kiçik bir SRK partiyası və bir neçə raket verilməsi barədə müqavilə bağladığı, yaxud müqavilə bağlamaq ərəfəsində olduğu bildirilirdi.  Lakin tərəflər müqaviləni imzalaya bilməyiblər, çünki Müdafiə Nazirliyi etiraz edib.

Amma Rusiya MN-nin hesablamaları göstərib ki, hətta bu raketlərin ixrac modifikasiyası belə, Xəzərdə üzən Rusiya gəmiləri üçün potensial təhlükə yarada bilər. Bu raketlər “Bal-E” komplekslərinin Rusiya ordusu üçün nəzərdə tutulan X-35E raketlərinin ixrac versiyasıdır.

“Bu arqumentlə mübahisə etmək faydasızdır, ona görə də paraflanmış müqavilə masanın üzərindən götürüldü, bizim mövqeyimiz eşidildi”-hərbi mənbələrdən biri deyib.

2aMüdafiə Nazirliyindən bu məsələ ilə bağlı şərh almaq mümkün olmayıb. Hərbi-Texniki Əməkdaşlıq üzrə Federal Xidmətdən və “Rosoboroneksport”dan isə şərh vermək istəməyiblər.

Yüksək rütbəli mənbənin sözlərin görə, “Bal-E” raketlərinin Azərbaycana təchizatı “olduqca həssas geosiyasi nüansla bağlı” hazırda müzakirə olunmur. Çünki son illər X-35 tipli raketləri nəinki dəniz hədəflərinin, eləcə də yerüstü hədəflərin vurulması üçün modernləşdiriblər. Moskva isə istəmir ki, Bakı bu silahı Dağlıq Qarabağda tətbiq etsin.

“X-35 raketləri hazırda yerüstü hədəfləri də vura bilir. Biz istəməzdik ki, Azərbaycan bu raketi Qarabağda tətbiq etsin”-mənbə deyib.

Hazırda “Bal-E” kompleksləri ancaq Rusiya və Vyetnam ordularının silahlanmasında yer alır.

Bir ilahın veilməsindən imtina olunması Rusiya üçün kritik deyil.  Son illər Bakı Rusiyadan 5 miyard dollar dəyərində silah və texnika alıb.

3aBu rakeilərin uçuş məsafəsi 120 kilometrə çatır, toplam döyüş komplekti isə 64 ədəd raketdən ibarətdir. Bu qurğunu almış olduğu təqdirdə, Azərbaycan öz ordusunun sərəncamına «Bal» sistemi vermiş 3-cü dövlət olardı.
İndi isə diqqət yetirin: Rusiya silahları Ermənistana «müftə» verir (bağışlayır), amma Ermənistanın xatirinə Azərbaycanla bağladığı müqaviləni  belə, pozur və «Bal» raket sistemini bizə pulla da satmır! Olmaz belə «strateji həmkar»dan…








loading...


Fikrinizi bildirin