“VACİB VƏ FAYDALI GÖRÜŞ OLDU...” - Məmmədyarov erməni həmkarı ilə görüşü haqda

Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin ötən gün dekabrın 5-də axşam Milanda baş tutmuş növbəti görüşü üç saatdan çox davam edib.

Virtualaz.org xəbər verir ki, Elmar Məmmədyarov və Zöhrab Mnatsakanyan bu formatda görüşləri davam etdirmək barədə anlaşıblar. Lakin Rusiya XİN-in əvvəlcə anons etdiyinin əksinə olaraq nazirlər görüşün yekunlarına dair birgə bəyanatla çıxış etməyiblər.

Görüşdən sonra Elmar Məmmədyarov jurnalistlərə açıqlamasında görüşün “mühüm və faydalı olduğunu” deyib.

“Razılıq əldə olundu ki, danışıqları bu formatda yaxın gələcəkdə davam etdirək, çox böyük ehtimalla gələn ay”-Azərbaycan XİN rəhbəri bildirib.

Ermənistan XİN-in mətbuat xidmətinin yaydığı məlumatda isə deyilir ki, nazirlər bu formatda görüşləri davam etdirmək və bu zaman formalaşmış dinamikanı saxlamaq məsələsində anlaşıblar. “Azərbaycan və Ermənistan xarici siyasət idarələrinin rəhbərlərinin görüşü ona yönəlmişdi ki, tərəflər bir-birlərinin Qarabağa dair mövqeləri və yanaşmaları ilə əsaslı şəkildə tanış olsunlar”-erməni tərəfi belə iddia edir. Hərçənd danışıqlar 25 ildir davam edir və bu müddət ərzində tərəflər bir-birlərinin mövqeləri ilə “əsaslı şəkildə tanış olmağa” yəqin ki, vaxt tapa bilmişdilər...

635x100

Şərhlər

t.ədalət 2018-12-06 09:18:59

E.Məmmədyarovun sifətində təbəssüm var.Elə bil ki,torpağı işğal olan ölkənin deyil,hansısa qalib bir imperiyanın xarici işlər naziridir.Görəsən,hansı dildə danışıb?

Qulu 2018-12-06 09:18:59

Oxxxaayy dincəl ay podles canım.... Day EEEEElmar MƏƏƏƏƏƏmmədyarovun bu "mühüm və faydalı" görüşündən (başqa söz deyəcəkdim... özünüz anladız) sonra Türklər demiş "anasını satım" 1-2 günə Paşinyan çerez Laçın koridoru dizini yerə atıb məliyə- məliyə gəlib Bakıda donbaltma pozada Qarabagı əli ilə EEEEEEElmara təhvir verəcək.....Arsız-qırsız oyunuzu yerə soxum.Utanmadan bagça uşagının da yemədiyi BLEFİ millətə yapırlar.Çox çəkməz manıslarımız "Qarabag şikəstəsi"ni "Yaddan CIXAR Qarabag" oxuyacaqlar.Əmin olun.

Əsəd 2018-12-06 09:18:59

25 ildir eşidirik ki görüşün “mühüm və faydalı olduğunu”. Başa düşmürəm bunun faydasını biz vətəndaşlar niyə görüb hiss etmirik.

Son yazılar